2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Moldova hökuməti istefa verir


 

Moldovanın Baş naziri İon Kiku hökumətinin istefa verdiyini açıqlayıb. O, vəzifədən getməkdə olan Prezident İqor Dodon və parlament sədri Zinaida Qrekeani ilə görüşdən sonra bu qərarı verdiyini bildirib.

Bundan sonra ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 23-də parlamentdə hökumətə etimad səsverməsi keçirilməliydi.

Bu ayın əvvəlində 20 minədək etirazçı Kişinau küçələrinə çıxaraq erkən seçkilər tələb edib. Çünki parlament ölkədə kəşfiyyat agentliyinə nəzarətin prezidentdən alınıb parlamentə verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməişdi.

O zaman buna parlamentin səlahiyyətinin gücləndirilməsinə yönəlik addım kimi baxılırdı. Qanunverici orqanda isə Dodonla müttəfiq moskvapərəst sosialistlər üstünlük təşkil edir.

Yeni prezident seçilmiş Maya Dadu sabah – dekabrın 24-də and içəcək.

Dünya Bankının keçmiş iqtisadçısı olan Sandu seçki kampaniyası dövründə Moldovada kök salmış korrupsiya ilə mübarizə aparacağını vəd edib.

O seçiləndən sonra Moskvanın dəstəklədiyi separatçı Dnestryanı regiondan Rusiya hərbçilərinin çıxarılmasına çağırıb. Ancaq Kreml cavabında xəbərdarlıq edib ki, bu, “ciddi sabitsizliyə” yol açar.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button