2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müavinətdən asılı insanların sayı artıb

Yayımlandı: 16 Yanvar 2023 13:56

Nazirlik yeni sosial paketin daha çox insanı əhatə etdiyini açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, son beş ildə Azərbaycanda dördüncü dəfədir ki, 1,9 milyon insanı əhatə edən sosial islahat paketi icra edilib.

Saytların yığılması Saytlarin yigilmasi

2018-ci illə müqayisədə

Nazirlik qeyd edir ki, 2018-ci illə müqayisədə də sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait 300 milyondan, 1,5 milyard manata çatıb. Yəni həmin istiqamətə ayrılan vəsaitlərdə 5 dəfədən çox artım olub.

İqtisadçı Natiq Cəfərli deyir ki, yeni sənədə əsasən, iki milyon vətəndaş əlavə olaraq il ərzində 750 mln. manat, yəni hər vətəndaşa il ərzində 394 manat, ay ərzində 32 manat, günə isə 1 manatan bir az çox əlavə vəsait çatacaq.

Bu artım yetərlidirmi?

İqtisadçı bildirir ki, artım yetərli deyil, amma onu narahat edən məsələ başqadır.

O düşünür ki, indiki durumda maaş və təqaüdlər, sosial müavinatlar 2 dəfə də artsa, yenə vəziyyət düzəlməyəcək, çünki:
1) Dövlət sosial məsuliyyətini vətəndaşların layiqli həyat yaşaması üzərinə deyil, yalnız insanların acından ölməməsi üzərinə qurub;
2) İndiki inhisarçılığa söykənən məmur-dövlət kapitalizmi modelində mal və xidmətlərin istehsalı və ölkəyə gətirilməsi potensial olaraq məhdud olduğu üçün təqaüd-maaş-müavinat artımının yaratdığı əlavə pul kütləsi avtomatik olaraq qiymətləri yüksəldən amilə çevrilir.

“İnsanlara gəlirlərinin artdığını hiss etdirmək lazımdır”

Natiq Cəfərliyə görə, dövlətin siyasəti dəyişməlidir ki, maaş-taqaüd artımı insanların real gəlirlərinin artımına səbəb olsun. Bunun üçün dövlət üzərinə götürdüyü məsuliyyəti hiss edərək bir tək nominal gəlir artımı ilə deyil, vətəndaşların real gəlirlərinin artması ilə də məşğul olmalıdır:

“Yəni, paralel olaraq qiymətlərin ucuzlaşması, heç olmasa bahalaşmaması baş verməlidir ki, insanlar öz gəlirlərinin artdığını hiss etsinlər”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

İqtisadçı düşünür ki, bunun da yolu bəllidir:

1) Rəqabətli və ədalətli mühit;
2) Vergi dərəcələrinin və gömrük rüsumlarının kəskin azaldılması.

“Dövlətin əlinə baxan 4,1 milyon vətəndaş yaşayır”

Onun fikrincə, bu islahatlar, dəyişikliklər olmasa, vətəndaşa günlük 1 manat əlavə pul verməklə onun “yarası sağalmayacaq”.

“Daha bir fəlsəfi məsələ var ki, o da məni narahat edir: məmləkətdə 1,9 mln. insan indiki fərmanla dövlətdən pul aldığı görünür. Ölkədə hələ 930 minə yaxın büdcədən maaş alan muzdla çalışan, 1,3 mln. nəfər də təqaüdçü var,  yəni məmləkətdə dövlətin əlinə baxan 4,1 mln. vətəndaş yaşayır. Bu, dövlət üçün də, vətəndaş üçün də yaxşı bir asılılıq deyil, təhlükəlidir”, – deyə o bildirib.

Rəqəmlər ölkədə sosial problemlərin artdığını göstərir”

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Prezident İlham Əliyev televiziya müxbirinin sualına cavabında “bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir”, – söyləyib.

Onun fikrincə, əslində İlham Əliyevin öyünərək təqdim etdiyi bu rəqəmlər ölkədə sosial problemlərin artmasının göstəricisidir:

Qubad İbadoğluQubad İbadoğlu
Mənbə: Meydan TV

“Əvvəla, ünvanlı sosial yardım aztəminatlı ailələrə verilir. İkincisi də bu yardımın məbləği ailənin gəlirləri ilə ehtiyac meyarı həddi arasındakı fərqə görə müəyyənləşdirilir. Bu, o deməkdir ki, hər ailəyə düşən ünvanlı sosial yardım məbləğinin artması yalnız ehtiyac meyarı həddinin qaldırılması ilə bağlı deyil, həm də ailənin gəlirlərinin aşağı düşməsi ilə əlaqədardır”.

“İlham Əliyev bilməyərəkdən hökumətin iqtisadi siyasətini ifşa edib”

İqtisadçı düşünür ki, ona görə də Azərbaycanda dövlətdən ünvanlı sosial yardım alanların sayının artması yoxsulların sayının çoxalmasının, hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğinin yüksəlməsi isə yoxsulluğun dərinləşməsinin göstəricisidir:

“Bir sözlə, İlham Əliyev özü bilməyərəkdən hakimiyyətin sosial siyasətinin bərbad olduğunu etiraf, hökumətin iqtisadi siyasətini də ifşa edib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button