2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Müharibədə iştirakıma görə 3 medal almışam, amma veteran statusu verilmir”

Yayımlandı: 29 Avqust 2022 15:48

Lənkəran sakini müraciətinə cavab ala bilmədiyini deyir

“İkinci Qarabağ Müharibəsində iştirak etsəm də, hələ də veteran statusu ala bilmirəm. Deyirlər ki, adın portalda yoxdur. Dəfələrlə müraciət etsəm də, səbəbini öyrənə bilmirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə İkinci Qarabağ Müharibəsi iştirakçısı İnayət Mübariz oğlu Şıxəlizadə bildirib.

Lənkəranın Balaşürük kəndində doğulan İnayət Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Şıxəlizadə bildirib ki, müharibədə döyüşdüyünə görə 3 medalla təltif olunub. Lakin buna baxmayaraq ona hələ də veteranlıq statusu və veteranlara ödənilən 80 manat verilmir:

Foto: Meydan TV

“Dedilər ki, müraciətimə baxılır, yaşadıım yerə sənəd göndərilib. Ancaq mən almamışam. “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarıyla təltif edilmişəm. Lakin nədənsə, mənim adımı sistemə salmayıblar. Lənkəran Rayon Hərbi Komissarlığına müraciət etsəm də, problem həll olunmayıb”.

İnayətin atası Mübariz Şıxəlizadə də Birinci Qarabağ Müharibəsi veteranıdır.

Meydan TV müharibə iştirakçısının müraciəti ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərsə də, cavablandırılmayıb. Lənkəran Rayon Hərbi Komissarlığından isə məsələni araşdıracaqlarını deyiblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button