2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Musa Tukanov ev dustaqlığına buraxılmadı

Məhkəmə vəsatəti təmin etməyib

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflər işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. M.Tulkanovun vəkili həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Bildirib ki, M.Tulkanov xəstədir, müharibə veteranıdır və əlildir. O, bunların nəzərə alınmasını xahiş edib. M.Tulkanov da vəsatəti müdafiə edib. Məhkəmə vəsatəti təmin etməyib. Prosesin baxış iclası yanvarın 17-nə təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir.

Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button