2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müsavat Partiyası İran səfirliyi qarşısında aksiya keçirib

Yayımlandı: 15 Noyabr 2022 16:59

Aksiyada Arif Hacılı və 30-a yaxın şəxsin saxlanıldığı bildirilir

Noyabrın 15-də Azərbaycanın Müsavat Partiyası aktivistləri İran Səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiyaya səbəb İranda son zamanlar aksiyalar zamanı fəalların sıxışdırılmasıdır.

Aksiya iştirakçıları bildirib ki, həmin sıxışdırılan, həbs edilən, işgəncə görən insanların içində əslən azərbaycanlı olan İran vətəndaşları da var.

Etirazçılar insanların həbsini, onlara işgəncə verilib, sıxışdırılmalarını qanunsuz hesab edib və doğru olmadığını söyləyiblər.

Aksiya ilə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı müsbət cavab verməyib.

Polislər bunu əsas gətirərək etiraz edənlərə mane olublar.

Polis tərəfindən saxlanılan aksiya iştirakçılarından biri bildirib ki, Azərbaycan hakimiyyəti hər şeyi monopoliyaya aldığı kimi İranda baş verən hadisələrdən, qanunsuzluqlardan danışmağı da monopoliyaya alıb: “Deyirlər ki, bu haqda yalnız biz danışa bilərik. Lakin biz də etirazımızı bildirmək istəyirik”.

Aksiya iştirakçıları Bakının mərkəzində yerləşən Axundov bağının yanında “Azadlıq, Ədalət, Milli hökumət”, “Rədd olsun molla rejimi” şüarları səsləndiriblər.

Polislər aksiya iştirakçılarının səfirliyə yaxınlaşmasının qarşısını alıblar.

Fəalları saxlayaraq polis avtobuslarına və avtomobillərinə mindiriblər.

Aksiya zamanı partiyanın başqanı Arif Hacılının da saxlanıldığı bildirilir.

Eyni zamanda, Müsavat üzvü Mustafa Hacıbəyli də saxlanılıb.

Təşkilatçıların vurğulamasına görə, aksiya zamanı ümumilikdə 30 civarında şəxs saxlanaraq naməlum istiqamətə aparılıb.

Hələlik aksiyaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Eyni zamanda Daxili İşlər Nazirliyindən (DİN) də saxlanılanların hara aparıldığı ilə bağlı məlumat almaq mümkün olmayıb.

Son zamanlar İranın müxtəlif bölgələrində, əsasən də azərbaycanlıların sıx yaşadığı Təbrizdə etiraz aksiyaları baş tutub.

Bu ölkədə insan haqlarını monitorinq edən qurumların yaydığı məlumatlara əsasən, etirazçılar saxlanılıb, həbs edilib və onların arasında 350-yə yaxın şəxs öldürülüb.

Etirazlara səbəb kimi sentyabrın 13-də hicab qaydasını pozduğu iddiası ilə Tehranda əxlaq polisinin saxladığı Məhsa Əmininin ölümü göstərilir.

O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və üç gün sonra xəstəxanada ölüb.

Bundan sonra ölkənin müxtəlif bölgələrində aksiyalar başlayıb.

Məhsa Əmininin ölümünə etiraz edən qadınlar meydanlarda saçlarını kəsib, baş örtüklərini açıblar. Bu gün də İranda aksiyaların davam etdiyi bildirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button