2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Myanma polisi Suu Kyiyə ittihamlar irəli sürür


 

Myanma (Birma) polisi ölkənin devrilmiş lideri Aunq San Suu Kyiyə ittihamlar irəli sürüb və o, istintaq müddətində, fevralın 15-dək həbsdə qalacaq. Fevralın 3-də bu haqda məlumatlar yayılıb.

Ordu fevralın 1-də hakimiyyəti ələ keçirib, Nobel sülh mükafatı laureatı Suu Kyini saxlayıb. Birləşmiş Ştatlar, digər Qərb ölkələri baş verənləri pisləyib.

Saytların yığılması Saytlarin yigilmasi

75 yaşlı siyasi liderə qarşı ittihamlarda deyilir ki, onun evində axtarış zamanı portativ radioqəbuledici tapılıb, bu cihaz ölkəyə qanunsuz idxal olunub və icazəsiz işlədilib.

Polis həmçinin devrilmiş prezident Vin Myintə Təbii Fəlakətin İdarə Olunması qanununa uyğun olaraq ittihamlar irəli sürüb.

Suu Kyi ölkəsində demokratiya hərəkatına başçılıq etdiyi dönəmdə, 1989-2010-cu illər ərzində 15 il həbs cəzası çəkib. O, Myanmada çox populyardır, amma 2017-ci ildə müsəlman rohincalara qarşı rəftardan dolayı beynəlxalq nüfuzuna zərbə dəyib.

Ordu başçısı Min Aunq Hlainq 8 noyabr seçkisinin saxtalaşdırıldığını deyərək hakimiyyəti ələ keçirib. Ancaq seçki komissiyası səsvermənin ədalətli keçdiyini bəyan etmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button