2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nəcməddin Sadıkov haqqında sensasiyalı ittihamlar

Hərbi Prokurorluğunun Xüsusilə Mühüm İşlər üzrə sabiq böyük müstəntiqi Kamal Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovun dövlətə xəyanət etməsi ilə bağlı sensasiyalı ittihamlar səsləndirib. O, kriminalqafqaz.az saytına bildirib ki, I Qarabağ Müharibəsi zamanı, 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeyildağ” əməliyyatı zamanı həlak olan 82 hərbçi xəyanətin qurbanı olub.

K.Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb: “Döyüş əməliyyatının bir gün yubandırılmaqla keçirilməsinə görə hərbçilərimiz ermənilər tərəfindən Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş “Oqnevoy meşok” deyilən tələyə salındı və nəticədə 82 hərbi qulluqçu şəhid oldu. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarəsinin rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb, müvafiq izahatlar tərtib etdilər. Həmin raportda göstərilmişdi ki, “Çeyildağ” əməliyyatının acınacaqlı sonla nəticələnməsinin səbəbi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi olub”.

Saytların yığılması Saytlarin yigilmasi

Kamal Əliyev həmin raporta uyğun təqdim olunmuş materiallar əsasında T.Məmmədov barəsində tutulma qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və Respublikanın Hərbi prokuroru Nizami Təhməzovun sanksiyasına əsasən həbs edilib.

Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırki redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb: “İstintaq nəticəsində qəti şəkildə müəyyən olundu ki, “Çeyildağ” əməliyyatının məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması və nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat N.Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub.

1994-cü ilin fevralında Hərbi prokurorluğun rəhbərliyinə dəfələrlə məruzə olundu. Hərbi prokurorluq cinayət işinin təcili qaydada baxılması və yekunlaşdırılaraq məhkəməyə göndərilməsini tələb edirdi. Hətta həmin vaxt Nizami Təhməzovla mübahisə etdim və bildirdim ki, qeyri-qanuni qərar qəbul edə bilmərəm. Ciddi təzyiqlərə baxmayaraq, Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verib, onu həbsdən azad etdim.

Eyni zamanda, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”.

Amma müstəntiqin bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb: “Bu hadisədən sonra Hərbi Prokuror Nizami Təhməzov mənim işdən azad olunmağım barədə qərar qəbul etdi. Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək, həbs edildim.

Baş Prokurorluğun binasında prokurorluq orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirildi və gecə saat 11-dən səhər 9:30-a qədər izahatım alındı. Müşavirədə qərar verildi ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi barəsində özbaşına tutma protokolu tərtib edib cinayət məsuliyyətinə cəlbetmə barədə qərar verdiyimə görə həbs olunmalıyam ki, başqalarına dərs olsun.

Səhəri gün məsələ ölkə rəhbərliyinə məruzə olundu. Prezidentin tapşırığından sonra rəhbərlik cinayət işini mənim icraatımdan alaraq, başqa müstəntiqə verdi. Düzdür, işi təhvil alan yeni müstəntiq ittihamı məhkəməyə göndərdi. Lakin Ali Məhkəmə Talıb Məmmədova bəraət verdi. Onun “Çeyildağ” əməliyyatındakı 82 hərbçinin ölümündə günahkar olmadığı sübuta yetirildi. Mənim barəmdəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edildi. Nəcməddin Sadıkovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarlarımın sonrakı taleyindən isə xəbərim olmadı”.

Qeyd edək ki, N.Sadıkov barəsində mediada və kuluarlarda, həmçinin ekspertlər tərəfindən bu cür ittihamlar dəfələrlə səsləndirilib. 2020-ci ildə baş verən 44 günlük müharibənin ilk həftəsində onun Baş qərargah rəsisi vəzifəsindən faktiki olaraq kənərlaşdırılması ittihamları daha da gücləndirib. Qeyd edək ki, N.Sadkıov rəsmi olaraq Müdafiə nazirinin birinic müavini və Baş qərərgah rəsisi vəzifəsindən 2021-ci il yanvarın 28-də azad edilib. Amma onun vəzifədən çıxarılmasının səbəbləri barədə ictimaiyyətə hər hansı informasiya verilməyib. 

İttihamları Pressklub.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Nəcməddin Sadıkov barəsində səslənən ittihamlar kifayət qədər ciddir. “Hesab edirəm ki, bu istiqamətdə araşdırmaların başlanmasına ciddi ehtiyac yaranıb”, – o, vurğulayıb. Ədalət Verdiyev qeyd edir ki, N.Sadıkovun müharibə zamanı vəzifədən uzaqlaşdırlması onun fəaliyyətinin dövlət başçısı tərəfindən də mənfi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər: “Odur ki, həm I Qarabağ, həm aprel döyüşləri, həm də II Qarabağ müharibəsi zamanı Baş Qərargah rəisinin fəaliyyətinin ciddi araşdırılması, ona uyğun qiymət verilməsi çox vacibdir”.

Təhülkəsizlik üzrə ekspert İlham İsmayıl da Pressklub.az-a bildirib ki, keçmiş müstəntiq Kamal Əliyevin iddiaları yenidən araşdırılmalıdır, çünki iddia 82 nəfər hərbiçinin ölümünə səbəb olan bir xəyanət haqqındadır. Onun sözlərinə görə, Rövşən Əkbərov haqqında cinayət işinə neçə illərdən sonra baxılması və həbs qərarının çıxarılması göstərir ki, belə bir məhkəmə praktikası mövcuddur: 

“Məlumatda maraqlı bir detal var: Bu işdən sonra Sadıkov “Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib”. Deməli, əsaslı şübhələr yaranıb ki, onun barəsində belə bir daxili əmr olub. Ciddi iddiadır, bu işlə məşğul olan səlahiyyətli şəxs tərəfindən irəli sürüldüyü üçün həqiqət yükü çoxdur və yenidən araşdırılma tələb edir.

Nəcməddin Sadıkovun bütün fəaliyyət dövrünün araşdırılmasının mümkünlüyünə gəlincə, İ.İsmayıl bu addımın atılmasını inandrıcı saymır: “Eldar Mahmudov və Nəcməddin Sadıkovun cinayətləri nə qədər səsləndirilsə də, bu şəxslər hələ ki toxunulmaz olaraq qalırlar. 44 günlük müharibədə Sadıkovun kənarlaşdırılmasının konkret səbəbləri var və burada xəyanət elementləri barədə informasiyalar dolaşır. Sadəcə, bu işdə də hüquqi qərardan çox siyasi qərar daha öndədir və o qərarın olub-olmayacağı dəqiq bilinmir, amma imtina da olunmur və hər zaman işə salına bilər”.

Elçin Eldaroğlu

“Nəcməddin Sadıkov haqqında sensasiyalı ittihamlar” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button