2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Nardaran hadisələri” ilə bağlı daha bir hökm

Bakı Ağır Cinayətlər Məhkəməsinə “Nardaran işi” üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatova hökm oxunub.

24saat.org xəbər verior ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə Elxan İsgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib. Əbülfəz Bünyatov barəsində olan polis nəzarətində qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Prosesə təcili yardım vasitəsilə gətirilən Əbülfəz Bünyatov xərəkdə həbsə aparılıb.

Təqsirləndirilən şəxslərə terrorçuluq cinayətinə hazırlıq, kütləvi iştişaş təşkil etmə, qanunsuz silah saxlama, İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməvə digər xcinayətlərə ittiham olunub.
O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sonradan cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.

Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Fuad Qəhrəmanlı 10 il və digər şəxslər bir neçə il müddətinə azadlıqdan məhrum ediliblər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button