2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Narkotik üçün maşın oğurlayan şəxs İcra Hakimiyyətinin tenderində qalib oldu – Savash.org


Füzuli Rayon İcra Hakimiyyətinin mal-materialların satın alınması üzrə müsabiqəyə yekun vurulub. 

“SAVAŞ” Qaynarinfo-ya istinadən xəbər verir ki, müsabiqənin qalibi “Mantı LM Group” MMC-dir. İcra Hakimiyyəti ilə MMC arasında satınalma müqaviləsi imzalanacağı təqdirdə qurum şirkətə 130.777 AZN ödəyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev. 10/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Açıq mənbələrdə “Mantı LM Group” MMC haqqında hər hansı məlumat yoxdur. İrşad Rzaquliyevə gəlincə, o, ötən il avtomobil oğurluğuna görə həbs edilib. Həmin vaxt yayılan məlumatda deyilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə Babayev Qəşəm Əliqəmən oğlu ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı Yəhya Bakuvi küçəsi 5 ünvanında avtomobili oğurlanıb.

Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. O, avtomobili ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Saxlanılan şəxsin üzərindən narkotik maddə sayılan “kakos” aşkar edilib. Məlum olub ki, İrşad Rzaquliyev əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.

Saxlanılan şəxs avtomobili oğurlamayacağını, sadəcə maqnitafonunu satıb özü üçün narkotik vasitə alacağını bildirib.

Bundan başqa, məlum olur ki, İrşad Rzaquliyevin adına daha 4 şirkət var: “Lalende FM Group” MMC, “Semra SNG” MMC, “Madagar RF” MMC və “NGN Group” MMC-dir. Adıçəkilən şirkətlərin hamısı 27 yanvar 2021-ci il tarixdə qeydiyyata alınıb.

İrşad Rzaquliyevin adının cinayət xarakterli əməllərdə hallanması, eyni gündə adına 5 şirkətin qeydiyyatdan keçirilməsi onun “proxy” şəxs olması ehtimalını artırır. Digər tərəfdən, “Mantı LM Group” MMC cəmi 6 aydır fəaliyyət göstərir. Bu baxımdan, şirkətin maddi-texniki bazasının, maliyyə imkanlarının lazımi səviyyədə olması şübhə doğurur.

Füzuli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmşid Əmirov məsələ ilə bağlı açıqlamasında bildirib ki, onlar həmin şirkəti qalib elan etməyib: “Biz tenderlə bağlı sənədləri Satınalmalar üzrə Dövlət Agentliyinə veririk. Onlar elektron formada tenderi elan edirlər. Qeyd olunan “Mantı LM Group” MMC tenderi udan 7 qalib şirkətdən biridir. Seçimi biz etməmişik, elektron qaydada təşkil olunub. Amma biz hələ onlarla tanış olmamışıq, həmin şəxs barədə də heç nə bilmirik. Əgər həmin şirkətin vergidən yayındığı sübut olunsa, hansısa cinayət işi olsa, borcu olsa o şirkət qalib elan edilməyəcək. Agentliyin onları qalib elan edib-etməyəcəyi hələ bilinmir. Biz hələ müqavilə imzalamamışıq. Əgər bizim şərtlərimizə uyğun gələrsə, o zaman müqavilə bağlayacağıq”.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button