2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

NATO baş katibi Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək

17-19 mart 2024-cü il tarixlərində NATO baş katibi cənab Jens Stoltenberg Azərbaycanа, Gürcüstana və Ermənistana səfər edəcək. Bu, Alyansın mətbuat xidmətinin martın 15 dəki xəbərində ​​deyilir.

17 mart Bazar günü, NATO baş katibi Bakıda Azərbaycan prezodenti İlham Əliyevlə görüşəcək.

18 mart Bazar ertəsi, Stoltenberg Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Elə həmin gün NATO baş katibi Tbilisi şəhərinə gedəcək, burada Gürcüstan prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobahidze ilə görüşəcək.

19 Mart Çərşənbə axşamı, Stoltenberg, İrəvanda Ermənistan prezidenti Vagagn Xaçaturian və naş nazir Nikol Paşinyanla görüşəcək.

17 martda axşam saatlarında Stoltenberg və Əliyev mətbuat üçün açıqlama verəcəklər.

Martın 18-də, günorta saatlarında NATO baş katibinin Gürcüstanın Baş naziri ilə birgə mətbuat konfransı keçiriləcək.

19 Mart saat 11.00-da Stoltenberg və Paşinyan mətbuata birgə bəyanat verəcəklər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button