2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

NATO-nun baş katibi Cənubi Qafqaza səfərinə Bakıdan başlayıb

NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqaz ölkələrinə üçgünlük səfərinə başlayaraq bazar günü martın 17-də Bakıya gəlib.

Prezident İlham Əliyevlə görüşdə baş katib Azərbaycanın Alyans ilə uzunmüddətli əməkdaşlığını alqışlayıb, tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid etdiyini bildirib.

Stoltenberq enerji təhlükəsizliyini müzakirə etmək fürsətini alqışlayaraq deyib: “Enerji bizim təhlükəsizliyimiz üçün vacibdir və mən Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə daha sıx əlaqələri inkişaf etdirməsini alqışlayıram”. O, daha sonra Kosovo və Əfqanıstan da daxil olmaqla NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara verdiyi töhfələrə və Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakına görə Azərbaycana təşəkkür edib.

Saytların yığılması Saytlarin yigilmasi

Cənubi Qafqazdakı vəziyyətdən danışan baş katib vurğulayıb ki, “sülh və sabitlik təkcə burada deyil, həm də daha geniş mənada təhlükəsizlik üçün vacibdir”. “Ermənistan və Azərbaycanın indi uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var. Mən sizi bu fürsətdən istifadə etməyə və Ermənistanla davamlı sülh sazişi əldə etməyə çağırıram”.

Ukrayna ilə bağlı Stoltenberq deyib: «Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır».

Baş katib Azərbaycanda keçiriləcək COP29 qlobal iqlim sammitini mühüm mərhələ adlandırıb: “Bu, iqlim dəyişikliyi ilə bağlı narahat olan hər kəs üçün vacibdir, lakin bu, bizim təhlükəsizliyimiz üçün də vacibdir, çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır”.

Bazar ertəsi baş katib xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcək. Daha sonra o, Gürcüstan rəhbərliyi ilə görüşlər üçün Tbilisiyə gedəcək. Çərşənbə axşamı Stoltenberq İrəvanda Ermənistan rəhbərliyi ilə görüşəcək.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button