2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

NATO Ukraynanın yanında olacağını vəd edir

Noyabrın 28-də NATO xarici işlər nazirləri Buxarestdə ikigünlük toplantıda Rusiyanın Ukraynaya səbəbsiz hücumunu, müttəfiqlərin Kiyevə və digər tərəfdaşlara dəstəyini müzakirə edəcəklər. 30 üzvü olan alyansın bəyanatında deyilir ki, iclasda Çinin yaratdığı problemlər də müzakirə olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

İclas öncəsi NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) deyib ki, alyans “nə qədər çəkərsə, Ukraynanın yanında dayanacaq. Geri çəkilməyəcəyik”.

Stoltenberqin sözlərinə görə, “Ukraynaya dəstək” NATO-nun marağındadır, “təcavüzkar qalib gələrsə, davamlı sülh olmaz”.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 28-də yaydığı məlumata görə, Donetskdə hücumlar dalğası dəf olunub. Prezident Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya ölkənin elektrik şəbəkəsinə “yeni zərbələr planlaşdırır”. O, ukraynalıları daha çox elektrik kəsintisinə hazır olmağa çağırıb.

“Terrorçuların yeni zərbələr planlaşdırdığını anlayırıq. Bunu bir fakt kimi bilirik. Nə qədər ki raketləri var, sakitləşməyəcəklər”, – Zelenski vurğulayıb.

Artıq qar yağmış Kiyevdə elektrik təchizatı və mərkəzi istilik sistemində fasilələr sakinləri çətinliklərlə üz-üzə qoyur.

Şəhər hakimiyyəti elektrik, su və istilik təchizatının bərpası üçün işin tamalandığını bildirib, ancaq eyni zamanda xəbərdarlıq edib ki, istehlakın yüksək həddə olması kəsinti tətbiqinə səbəb olub.

Zelenski noyabrın 27-də Kiyevin meri Vitali Kliçkonu tənqid edib, onun sakinlərə kömək üçün yetərincə çalışmadığını söyləyib. Kliçko isə tənqidi rədd edib, Rusiyanın hərbi kampaniyanı davam etdiyi bir vaxtda bunu yersiz adlandırıb.

Britaniya Müdafiə Nazirliyinin noyabrın 28-də yaydığı bülletendə deyilir ki, Xerson şəhəri hər gün Rusiya artilleriyası tərəfindən bombardman olunur. Xerson bu yaxınlarda Ukrayna qüvvələrinin nəzarətinə keçib.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin ölkə boyunca dinc sakinlərin yaşadığı əraziləri atəşə tutduğunu bildirir.

Rusiya müharibədə mülkiləri hədəfə alması haqda deyilənləri təkzib edir.

24 saat” “
NATO Ukraynanın yanında olacağını vəd edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button