2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Necdet Ünüvar: “CHP üzvlərinin Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnaməyə səs vermələri məyusedicidir”

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AK Partiyanın deputatı Necdet Ünüvar Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan üzvlərinin Azərbaycanın əleyhinə olan qətnamənin qəbuluna dair səs vermələrinə münasibət bildirib.

APA-nın xəbərinə görə, N. Ünüvar bildirib ki, CHP üzvlərinin əsassız ittihamlarla dolu qətnaməyə səs vermələri məyusedicidir: “Müstəqillik əldə edəndən sonra Azərbaycan iqtisadi, sosial və demokratik baxımdan çox inkişaf edib. Azərbaycanın güclənməsini istəməyənlər bunu büruzə verirlər. AŞ PA-da sonuncu qətnamənin qəbulu bunun bir örnəyidir. Təəssüf ki, CHP-nin bəzi üzvləri də Azərbaycanın əleyhinə səs verib. Türkiyə və Azərbaycan beynəlxalq aləmdə dostluq və qardaşlıq hissi ilə hərəkət edərkən CHP üzvlərinin bu addımı məyusedicidir. Bu gün iki ölkə arasında münasibətlər ən üst səviyyədədir. Azərbaycanın əleyhinə səs verənlər Azərbaycanın bugünkü sosial və demokratik inkişafının fərqində olsaydılar, belə hərəkət etməzdilər. Müstəqilliyinin 26-cı ildönümünü qeyd edən Azərbaycanın əleyhinə səs verənlərin davranışı iki ölkənin münasibətlərini zədələyə bilməyəcək. AK Partiya olaraq, hər zaman Azərbaycanın yanında olmuşuq, olmağa davam edəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button