2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neft 40 dollar ola bilər

OPEC və ona üzv olmayan neft ölkələri 30 iyun tarixində bitən neft hasilatının azaldılması barədə Vyana anlaşmanın müddətini uzatmasa, neftin qiyməti 40 dollar/barelə və ya daha da aşağı düşə bilər. Bu açıqlama ilə BƏƏ-nin Əbu-Dabi əmirliyinin suveren rifah fondu olan “Abu-Dhabi Investment Authority”nin Araşdırma Departamentinin rəhbəri Kristof Ruel (Christof Ruehl) Dubayda keçirilən konfransda çıxış edib.

K.Ruel bildirib ki, ilin əvvəlindən hasilatın azaldılması ilə bağlı 6 aylıq müddətə anlaşmanın tətbiq edilməsi neft qiymətlərini maksimal həddə çatdırsa da, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının yüksək səviyyədə qalması qiyməətlərin 50 dollar/barel səviyyəsindən yuxarı qalxmasına mane olub. Departament rəhbərinin fikrincə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa davam etdiyi halda, İran və İraq bazar paylarını artırırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Vyana anlaşmasının müddəti uzadılmasa, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşməsi ehtimalını Dubayda yerləşən “Emirates NBD PJSC” bankının əmtəələr üzrə analitiki Edvard Bel (Edward Bell) və Almaniya “Commerzbank”ının Əmtəə araşdırmaları Departamentinin rəhbəri Yevgen Veynberq (Eugen Weinberg) də təkrarlayıblar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button