2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Nu, Araik, poqodi!”

Qarabağdakı separatçı, cinayətkar rejimin başçıları Araik Arutyunyan, David Babayan və s. şəxslər Rusiya və Avropa ölkələrinə səfərlər edir.  Sonuncu dəfə fevralın 12-də Arutyunyan Rusiya paytaxtına gedib və erməni diasporunun nümayəndələri ilə görüşlər keçirib. Azərbaycanın Rusiyadakı səfirliyinin bu haqda yaydığı açıqlamada bildirilir ki, o, Moskvada rəsmi şəxslərlə görüş keçirməyib, bu barədə KİV-lərdə yayılan məlumatlar doğru deyil. 

“Adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlib və burada bəzi soydaşları ilə görüşüb. O, qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib”, – deyə, diplomatik korpusdan verilən açıqlamada vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyan Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib. Adı çəkilən şəxslər barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq. “İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”, – o vurğulayıb.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxslər İnterpol, yaxud onların getdiyi ölkələr tərəfindən saxlanılmır? Qeyd edək ki, Rusiya və Azərbaycan arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilədə axtarışda olan şəxslərin saxlanılması və təhvil verilməsi barədə bənd var. 

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Pressklub.az-a bildirib ki, Azərbaycan separatçı rejim liderlərinin Rusiya və digər ölkələrə gediş-gəlişinə heç bir etiraz edə bilmir. “Hətta konkret cinayətdə ittiham olunanların, o cümlədən Araik Arutyunyanın səfərlərinə də etiraz edə bilmirik. Səbəb yalnız Rusiyanın mövqeyi ilə bağlı deyil, David Babayan da keçən həftə Brüsselə səfər etmişdi. Azərbaycan dövləti bu separatçı liderlərin konkret cinayətləri barədə ittiham irəli sürməli və İnterpolla onların axtarışını razılaşdırmalıdır. İnterpol razılıq vermədiyi halda, onların tutulması baş verməyəcək. Rusiya isə bu rejimi və liderlərini himayə etdiyindən, ümumiyyətlə, bizim iddiaları qəbul etmir. Təəssüf ki, Azərbaycanın bu istiqamətdə diplomatik çalışmaları da yetərli deyil”,-ekspert vurğulayıb.

Ekspert qeyd edir ki, Baş Prokurorluğun “Araik Arutunyanın istintaqa təqdim olunmasının təmini” ilə bağlı yayılan bəyanatının reallaşması Rusiya sülhməramlılarının Arutunyanın dindirilməsi üçün şərait yaratdığı halda mümkün ola bilər. Onun sözlərinə görə, indiki situasiya bunu tələb edir: 

“Dindirmə prosesinin sülhməramlıların vasitəçiliyi ilə Xankəndidə və ya Şuşada baş tutması mümkündür. Amma məsələnin ikinci tərəfi, yəni Arutyunyanın “əməliyyat və kəşfiyyat qurumları tərəfindən məhkəmə baxışına çıxarılmasının təmin edilməsi” bəyanatı bir qədər qeyri-ciddi və populist təsir bağışlayır. 

Birincisi, əgər belə bir əməliyyat-kəşfiyyat tədbiri keçiriləcəksə, onun bəribaşdan elan edilməsi hansı məntiqə sığır? “Aç qapını, gələk səni öldürək” yada düşür. 

İkincisi, hətta belə bir əməliyyat baş tutarsa, Rusiya sülhməramlılarının, daha doğrusu, Rusiya dövlətinin buna reaksiyası nəzərə alınıbmı? Yox, əgər məhkəmə prosesi də Xankəndidə olacaqsa, hansı ki, inandırıcı görünmür, əməliyyata nə ehtiyac var?”

İ.İsmayıl hesab edir ki, yayılan məlumatın ikinci hissəsinə-əməliyyat tədbirlərinin bəribaşdan elan edilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, ilk dindirilmə prosesindən və digər istintaq hərəkətlərindən sonra Azərbaycan konkret faktlarla Arutyunyanın ağır cinayət törətməsinə əsaslı şübhələr yarandığını elan etməli və Rusiya sülhməramlılarından onun məhkəməyə çıxarılmasını təmin etmək tələb olunmalıdır: 

“Bu və başqa hüquqi prosedurlar həyata keçirildikdən sonra Arutyunyanın Azərbaycan məhkəməsi qarşısına çıxarılması təmin edilmədikdə, onun istənilən yolla məhkəmə baxışına çıxarılmasının həyata keçiriləcəyi Azərbaycanın müstəsna hüququ kimi qarşı tərəflərə elan edilməlidir. Bir daha qeyd edək ki, əməliyyat tədbirlərinin bəribaşdan elan edilməsi məqsədəuyğun hesab olunmur”.

Turqut

The post “Nu, Araik, poqodi!” appeared first on 24 saat.

24 saat” ““Nu, Araik, poqodi!”” başlıqlı yazını pressklub.az saytına istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button