2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Nüvə agentliyi İrandan izahat tələb edir

Beynəlxalq atom enerjisi gözətçisi İrandan onun ərazisindəki bir neçə bəyan olunmamış məntəqədə uran zərrəciklərinin olmasını izah etməsini və Tehranın nüvə proqramı üzrə öhdəliklərinə əməl etməsini tələb edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin bəyanatında deyilir ki, İranın təhlükəsizliklə bağlı suallara cavab verməməsi bu ölkənin nüvə proqramının dinc səciyyə daşıdığına ciddi şübhələr yaradır.

Bu barədə bəyanatı sentyabrın 13-də Vyanada mənzillənmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi verib:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən İranda bəyan olunmamış məkanlarda nüvə materialı olmasından və bu materialın agentliyə məlum olmamasından dərindən narahat olaraq qalıram. Mən habelə ondan da narahatam ki, iki il keçməsinə baxmayaraq barəsində əvvəllər da narahatlıq ifadə olunmuş dörd məkan barədə məsələ həll olunmamış qalır”.

İran barədə qətnamə

Qərb dövlətləri 35 üzvü olan agenlik şurasının iclasında İran barəsində tənqidi qətnamənin çıxarılıb-çıxarılmaması barədə qərar qəbul etməlidirlər.

Bu qətnamə 2015-ci il nüvə sazişinin dirçəldilməsinə yönələn danışıqlara əngəl yarada bilər.

İran belə hərəkətlərə adətən acıqlı reaksiya verir.

2015-ci ilin nüvə sazişinə əsasən Tehran onun üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə pöroqramını məhdudlaşdırmaq öhdəliyi götürüb.

Lakin keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə öz ölkəsini bu sazişdən çıxardıqdan sonra İran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

İran öz növbəsində saziş üzrə öhdəliklərindən geri çəkilib və uranın təmizlik dərəcəsini ondan silah hazırlana biləcək səviyyəyə yaxınlaşdırıb.

Müvəqqəti tədbir

Qrossi bildirib ki, İran fevral ayından nüvə müfəttişlərinin nüvə obyektlərinə girişinə qadağan qoymaqla agentliyin hesabat hazırlaması prosesini çətinləşdirib.

Qrossi İrana yeni prezident İbrahim Rəisi vəzifəsinin icrasına başlayanda, ötən avqust ayında səfər etmişdi.

İran sentyabrın 12-də nüvə müfəttişlərinin nüvə obyektlərinə buraxılmasına və onların orada çəkiliş aparmasına razılıq verib.

Qrossi Vyanaya qayıtdıqdan sonra demişdi ki, bu razılaşma “diplomatiyanın hərəkəti üçün vaxt qazandırır”.

O bildirmişdi ki, məsələ “daimi əsasda həll olunmayıb”.

2015-ci il sazişinin dirçəldilməsi üçün Vyanada aparılan danışıqlarda iyundan bəri durğunluq yaranıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button