2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

OC Media: Azərbaycanda jurnalistlər və müxalifətçilər “karantin qaydalarını pozmaq” ittihamı ilə həbs edilir

Açıq Qafqaz media (OC Media) saytı məlumat verir ki, martın 24-də Azərbaycanda karantin rejiminin tətbiq olunduğu gündən bəri üç jurnalist həbs olunub. Yeni repressiya dalğası hakimiyyətin tənqidçiləri tərəfindən qınanır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli hökümətin bu addımlarını “jurnalist ovu” adlandırıb.

Sayt bildirir ki, Natiq İzbatov aperlin 9-da, İbrahim Vəzirov və Mirsahib Rahiloğlu isə 13 aprel tarxində həbs olunublar. Hər üç jurnalist rəsmi şəxsləri tənqid edərək, karantin rejimi dövründə azərbaycanlıların üzləşdikləri çətinlikləri işıqlandırmağa çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda İbrahim Vəzirov 25, Natiq İzbatov 20 və Mirsahib Rahiloğlu isə 30 günlük inzibati qaydada həbs olunublar. Kanal 24 bazar ertəsi xəbər verip ki, əməkdaşı İbrahim Vəzirov Şirvan şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilir ki, Vəzirov polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. Belə ki, polis ona yaxınlaşaraq karantin qaydalarına uyğun olaraq evdən çıxma icazəsini aldığını təsdiqləyən sənədləri göstərməyi tələb etsə də, Vəzirov bundan boyun qaçırıb.

Kanal 24 öz Facebook səhifəsində məlumat yayaraq bildirir ki, İbrahim Vəzirov Şirvan şəhərində olan sosial problemləri işıqlandırdığı üçün yerli polisin qəzəbinə tuş gəlib. Eləcə də Vəzirovun anası Şəfa Vəzirova da Kanal 24-ə bildirib ki, oğlu tez-tez şəhər polis idarəsinə çağırılırmış.

Şəfa Vəzirova həmçinin əlavə edib ki, polis İbrahim Vəzirovdan çəkilmiş video reportajların silinməsini istəsələr də, o bundan imtina edib.

Vəzirova bildirir ki, oğlunun Bakıda yaşamasına baxmayaraq bazar ertəsi polis onu Şirvan şəhəri polis idarəsinə çağırıb. Əvvəlcə o, karantin məhdudiyyətləri səbəbindən imtina etsə də, polis heç bir problemin olmayacağını iddia edib. Oğlu şəhərə gəldikdən sonra həbs olunub.

Yeni repressiya dalğası

Azərbaycan prezidenti İlham Əliyev 19 martdakı çıxışı zamanı hakimiyyətlə dialoqa girməyən müxalifət qruplarını “satqın və beşinci kolonun korrupsioner nümayəndələri” adlandırıb.

“Sosial şəbəkələrdə söylədiklərinə baxın, nifrət və təxribatla doludur. Deyəsən iğtişaşların baş verməsini istəyirlər. Qarışıqlıq istəyirlər. Çaxnaşma istəyirlər” deyə Əliyev bildirib.

O həmçinin əlavə edib ki, COVID-19-un yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilsəydi, “beşinci kolonun nümayəndələrinin təcrid edilməsi” “tarixi zərurətə” çevriləcəkdi.

Digər tərfədən isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov martın 23-də Facebookda post yazaraq bildirib ki, Azərbaycanda “iki virus” var – COVID-19 və “siyasi virus” olan müxalifət, xüsusən də Əli Kərimli. O, ikisinə qarşı eyni vaxtda mübarizə aparmağın lazım olduğunu yazıb.

Demokratik Qüvvələrin Milli Şurası Əliyevin çıxışını “faşist” adlandıraraq qınayıb. Onlar həmçinin Əliyevi müxalifəti repressiyaya məruz qoymaq üçün yalançı “planlar” hazırlamaqda ittiham ediblər.

Digər tərəfdən isə Əliyevin çıxışından iki gün sonra Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev saxlanılıb. O, pandemiya zamanı həbs olunan ilk müxalifətçidir.

Samir Babayev və hərəkatın digər üzvləri Bakıda metro stansiyasının qarşısında tibbi maskalar və COVID-19 haqqında məlumat broşuraları yayarkən saxlanılaraq bir ay müddətinə inzibati qaydada həbsə məhkum olunublar.

Ertəsi gün isə Müsavat Partiyasınının funksiyoneri, müxalif siyasətçi Tofiq Yaqublu xuliqanlıq ittihamı ilə 3 ay müddətinə həbs cəzasına məhkum edilib.

Elə həmin gün AXCP-nin üzvü Anar Məlikov “karantin qaydalarını pozmaqda” ittiham olunaraq 10 sutka inzibati həbsə məhkum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Babayev, Yaqublu və Məlikovu “koronavirus məhbusları” adlandırıb.

Bir çox insan haqları təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri rəsmi Bakını pandemiyadan sui-istifadə edərək öz tənqidçilərini susdurmaqda günahlandırıblar.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqa müraciətində müxalifəti “beşinci kolon” və “satqın” adlandıraraq yaranacaq yeni siyasi konfiqruasiyada onlara yer olmadığını deyib.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button