Loading...
Loading...
SEÇMƏ

Ölən neftçinin qızı: “Atamın infaktdan öldüyünü dedilər, bədənində yanıq izləri vardı”

Yayımlandı: 27 İyul 2022 14:22

“Hadisə istehsalatda baş verib, məsuliyyətdən yayınmağa çalışıblar”

“Atam Ramazan Sultalıyev 38 il neft sahəsinə çalışıb. Ötən ilin avqustunda həmişəki kimi işə gedib, onunla sonuncu dəfə ayın 12-də anam əlaqə saxlayıb. Avqusun 16-da ölüm xəbərini eşitdik”.

Bunu Meydan TV-yə R.Sultalıyevin qızı Esmira Sultalıyev bildirib. Onun sözlərinə görə, atası “Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft-Qaz Cıxarma İdarəsində çalışıb.

“İş yerindən bizə məlumat verdilər ki, atam infaktdan keçinib. Onu “morq”a apardılar, ekspertizadan keçirdilər. Atam avqustun 1-də işə gedərkən demişdi ki, kondinsioner işləmir, qaldıqları otaqda dəmir elə qızır ki su dəyəndə buxar çıxır. Buna görə də işdə halının pisləşdiyini düşündük”,-mərhumun qızı deyir.

Ramazan Sultalıyev dəfnə hazırlanarkən ailəsinə meyitə baxmağa icazə verilməyib:

“Dedilər ki, yuyat yerinə girmək günahdır. Bizimkilər zorla içəri girib baxdılar, atamın bədənində yanıq izləri vardı. Ekspertizanın cavabı 1 ay 10 gün çəkdi. İdarə ölüm şəhadətnaməsinə infakt yazırdı, mən yanıq izlərini sübut edən şəkilləri göstərdim”.

Şikayətçi deyir ki, atasının işdə öldürüldüyünü iddia etmir, hadisə istehsalatda baş verib, sadəcə infakt donu geyindirməklə məsuliyyətdən yayınmağa çalışıblar:

“Doğrudur, dəfn xərcləri ödənildi, ancaq heç kim yas mərasimində iştirak etmədi. Ölüm şəhadətnaməsində atamın günvurmadan vəfat etdiyi yazılıb. Qaradağ Rayon Prokurorluğundan isə bildirdilər ki, atam infaktdan ölüb, bu səbəbdən də işə xitam verilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabı

Mərhum neftçinin ailəsi Baş Prokurorluğa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək işə yenidən baxılmasını istəyib. Bu ilin mart ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Ülvü Hüseynovun imzası ilə göndərilən məktubda bildirilib ki, bədbəxt hadisənin tədqiqatı aparılır və nəticəsi ilə bağı ailə məlumatlandırılacaq.

Şikayətçi deyir ki, ailə indiyədək hələ də nəticələrlə bağlı məlumat ala bilməyib:

“Mən xəstə olduğum üçün ağır işlərdə çalışa bimirəm, anamla birgə atamın hümayəsində idik. Atam ömrünün 38 ilini neft sahəsinə həsr etdi, onun haqqının itirilməsinə imkan verməyəcəm”.

Dövlət Neft Şirkətindən Meydan TV-yə bildiriblər ki, baş vermiş istənilən hadisə bir neçə qurum tərəfindən araşdırılır, nəticəsi ilə bağlı yaxınları məlumatlandırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı Meydan TV-yə bildirib ki, ailə üzvləri ilə əlaqə saxlanılıb, yekunla bağlı işə götürən tərəfindən həm ailəyə, həm də müfəttişliyə akt təqdim edilməlidir.

Meydan TV

Gözdən qaçırmayın:  Türkiyə-Ermənistan yaxınlaşmasına Bakı “hə” deməlidir 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button