2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Ölkədə aprel şəhidinin ailəsini məhkəməyə verən bank var”

Üzeyir Cəfərov: “Zaman bankların yalançı humanizmini ifşa edir”

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov 24saat.org-a açıqlamasında bəzi bankların ünvanına ittihamlar səsləndirib. Banklardan birinin aprel şəhidlərinin ailəsinə qarşı məhkəmə iddiası qaldırdığına diqqət çəkən ekspert, bunun mənəvi baxımdan yolverilməz olduğunu vurğuladı:

“Aprel döyüşlərindən sonra cəmiyyətdə bir ruh yüksəkliyi olsa da, bu günlərdə xoş olmayan bəzi hallarla üzləşirik. Belə ki, banklardan biri olan UNİBABK aprel döyüşlərində həyatını itirən hərbçilərimizdən birinin ailəsinə qarşı məhkəmə iddiası qaldırıb. Halbuki, bir müddət əvvəl banklar sanki özlərinin humanistliyini göstərmək üçün növbəyə durmuşdular. Şəhidlərin adına olan kreditləri silmək arzularını ifadə edirdilər. Lakin aprel hadisələrindən müəyyən zaman keçdikcə biz tamam başqa mənzərəni görürük və bu mənzərə əsla ürəkaçan deyil. Hesab edirəm ki, şəhidlərimizlə bağlı məsələlərdə diqqətli olmalı, onların ruhu ilə yanaşı ailə üzvlərinə də ehtiram göstərməliyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button