2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Özbəklərin azərbaycanca danışan “Qaynana”sı 

Son günlər mədəniyyət, daha dəqiqi, teatr aləmində bir tərpəniş hiss olunur…

Əgər teatr aləmi dedikdə yalnız Bakıdakı, həm də yalnız Akademik Musiqili Teatr nəzərdə tutularsa. Sözümü qəribçiliyə salmayın, tərpənişi yalnız ordan görürəm, ona görə dedim. İnsafən, Əliqismət Lalayev ətalətdə olan bir teatra can verdi. “Sağ əli digər teatrların başına” deyib, keçək mətləbə.  

 “4.4 Qısa Tamaşalar festivalı”ndan sonra Özbəkistanın Səmərqənd vilayətinin Kattakurqan Dram Teatrının Azərbaycana səfəri məni də qələm götürməyə həvəsləndirdi. Lap istədim Hüseyn Cavidin məşhur misrası ilə başlayım – “Turana qılıncdan daha…” Sonra düşündüm ki, onu bizə qədər də çox yazıblar, bizdən sonra da yazacaqlar Cavidin dilindən. Yaxşısı budur, öz dilimizdən deyək ki, Turana köklənmişkən, Özbəkistan teatrının Azərbaycana gəlişi yerinə düşdü. Gedək baxaq, görək özbək dilində Azərbaycan klassik komediyası necə səslənir. Ortaq dil və mədəniyyət deyirik, görək yaxın gələcəkdə buna ümid etmək olar, ya yox? Axı bütün siyasi gedişlər əslində mədəniyyətin fonunda bərqərar olur. 

Saytların yığılması Saytlarin yigilmasi

Əlqərəz, Akademik Musiqili Teatrda Özbəkistan sənətçilərinin ifasında Məcid Şamxalovun klassik “Qaynana” pyesi əsasında eyniadlı tamaşası oynanıldı. Az qala, elə bizim dildə danışırdılar, hamısı anlaşılırdı, bilmirəm tamaşanın sözlərini bildiyimizdəndir, yoxsa özbək dilini anladığımızdan. 

Üç gündür, özbək pambıqçıları, yox e, teatr aktyorları (“Görüş” filmi yaddaşımı qarışdırdı) eyni teatrın səhnəsində həmin tamaşanı oynayırlar. Üç gündür, tamaşa zalı dolu olur. Əcaba, hamının marağı mənim düşündüyüm səbəblərdənmi qaynaqlanır? 

Tamaşaya onların teatrının səhnəsində bizim rejissor Əsgər Əsgərov quruluş verib. Məsələ belə olub ki, Avrasiya Teatrlar Birliyinin nümayəndələri Gəncəyə səfər edəndə Gəncə teatrında Əsgər Əsgərovun quruluş verdiyi “Cavad xan” tamaşasına baxıblar və ona “Qaynana” tamaşasını onların teatrında səhnəyə qoymağı təklif ediblər. 

21 gün içində səhərdən axşama qədər məşqlər sayəsində tamaşa hazır olub. Əsgər Əsgərov deyir, aktyorlar çox həvəslə işləyirdilər. Amma rejissor da yolun kəsəsini seçib. Tamaşa musiqili hazırlanmayıb, çünki dram teatrının orkestri olmayıb. Tamaşada musiqilərdən istifadə edilib, ancaq bizim “Qaynana” filmində istifadə olunan fonoqramdan. Həmin musiqili yerləri gələndə tamaşaçı dərhal alqışlayırdı. Elə bil, qəriblikdə doğmalıq hissi yaşadırdı tamaşaçıya, bəlkə də dəyərini bilməyə başlayırdılar. 


Məşq zamanı rejissorla aktyorlar sənət dili ilə, jestlə, bəzən də hərəsi öz dilində anlaşıblar. Əsgər Əsgərovun fikrincə, özbək teatrı ümumilikdə yaxşı səviyyədədir. 

Sözügedən teatrla Musiqili Teatr arasında da memorandum imzalandığına görə, tamaşanı oynamaq üçün Bakıda bu teatr seçilib. 

Hə, onu deyirdim, aktyorların əksəriyyəti gənclər idi.  

Ayazla (Cəsurbəy Axmatov) Sevdanı (Umnisa Aminova) oynayan gənc aktyorlar həyatda da ər-arvaddırlar. İlqarı Həbibulla Abdullayev canlandırır, Qaynananı oynayan aktrisa Gülbahar Məmmədovadır. Həmin o məşhur özbək aktrisası. Ahıska türküdür, özbək filmlərində də çox çəkilib.  

Düzünü deyim, tamaşa birnəfəsə oynandı, elə birnəfəsə də baxıldı. Çox dinamik və oynaq idi. Əsgər Əsgərov deyir ki, tamaşa qoyulan teatrın özündə gün ərzində dörd seans oynanılırdı, tələbat vardı. Özbəklər Azərbaycan musiqisini, kinosunu çox sevirlər. Bunu da Əsgər Əsgərov dedi: “Repressiya illərində azərbaycanlılar Kattakurqana sürgün ediliblər, çoxunun əsli azərbaycanlıdır”

          Mahnıların sözlərindən başqa, oyunçular arada bəzi sözləri Azərbaycan dilində deyirdilər. Məsələn, “gəlin mənim süpürgəmdir” cümləsini belə də dedi. Yaxud “sən arvad saxlayan yetim deyilsən”, “bilmirəm, Cənnətsən, cəhənnəmsən” kimi məşhur ifadələri. Pis oynamırdılar, ürəklə, sevərək ifa edirdilər. Bir az emosiya çatmırdı. Bəlkə də bizim aktyorlar bizi “Qaynana” filmində elə kökləyiblər ki, yüksək notlarda qalmışıq, aşağı bizə görə deyil. 

Hərçənd, “Qaynana” tamaşası ilk dəfə 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda elə indiki Akademik Musiqili Teatrda səhnəyə qoyulub, amma yaddaşlarda daha çox film yer edib. Filmi 1978-ci ildə “Azərbaycanfilm”də rejissor Hüseyn Seyidzadə ekranlaşdırıb.

Nəsibə Zeynalovanın, Fuad Poladovun, İlham Namiq Kamalın, İnarə Quliyeva, Səfurə İbrahimovanın əvəzsiz ifalarına baxdıqca doymursan. 

Sağ olsunlar, Kattakurqan teatrının aktyorları, onların “Qaynana”sından sonra bunu bir daha anladım.

Ramilə Qurbanlı

The post Özbəklərin azərbaycanca danışan “Qaynana”sı  appeared first on 24 saat.

24 saat” “Özbəklərin azərbaycanca danışan “Qaynana”sı ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button