Dünya
Paşinyan LGBT üzvlərini Yerevana toplayır – QALMAQAL
Noyabrın 15-də Ermənistanda LGBT Xristianlar Forumunun 11-ci iclası keçiriləcək.
İrəvanın “Azadlıq” meydanında baş tutacaq görüşdə dünyanın 30-a yaxın ölkəsindən cinsi azlıq nümayəndəsi qatılacaq.
Xatırladaq ki, 2004-cü ildən bəri keçirilən “Şərqi Avropa və Mərkəzi Asiya LGBT Xristianlar Forum”u hər il dünyanın fərqli şəhərlərində toplaşır və cinsi azlıqlarla bağlı problemləri müzakirə edir.
Tədbirlə bağlı Ermənistanın 12 təşkilat və birliyi baş nazir Nikol Paşinyana etiraz petisiyası yollasa da, onların çağırışına cavab verilməyib. Ermənistan kilsəsinə yaxın olan fəallar forumun keçirilməsində yeni hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın da maraqlı olduğunu iddia edirlər. Onların fikrincə, bu addımla Paşinyan Qərb ölkələri qarşısında tolerant və dözümlü hakimiyyət obrazı yaratmaq istəyir.
Modern.az