2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pentaqon Talibanın öhdəliklərinə əməl etmədiyini deyir


 

Taliban silahlı qruplaşması ötən il Birləşmiş Ştatlarla əldə olunmuş əfqan sülh sazişinin öhdəliklərinə əməl etmir. Belə bir bəyanatla Pentaqon çıxış edib.

“Taliban zorakılığı azaltmaq, Al-Qaeda ilə əlaqələrini kəsməklə bağlı öhdəliklərini yerinə yetirmir”, – Pentaqonun sözçüsü Con Kirbi yanvarın 28-də jurnalistlərə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Onlar Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə zorakı hücumları dayandırmasalar, terrorçuluqdan əl çəkməsələr… danışıqlar yoluyla həllə doğru spesifik yol görünmür, amma biz yenə də buna sadiqik”, – Kirbi vurğulayıb.

ABŞ və Talibanın ötən fevralda əldə etdiyi razılaşmaya görə, 2021-ci ilin mayınadək bütün xarici qüvvələr Əfqanıstandan çıxmalıdırlar. Amma bundan ötrü silahlı qruplaşma təhlükəsizlik təminatı verməli, Al-Qaeda ilə əlaqələrini kəsməlidir.

Razılaşma Taliban üzərinə ABŞ qüvvələrinə hücumları dayandırmaq, ölkədə zorakılığı azaltmaq, Kabil hökuməti ilə sülh danışıqlarında irəliləyişə nail olmaq öhdəliyi qoyur.

Əfqanıstan hökuməti ilə Taliban arasında payızda Qətərdə birbaşa danışıqlar başlanıb. Amma eyni zamanda ölkədə zorakılıq artır, silahlı qruplaşmanı atəşkəsə əməl etmək çağırışları səslənir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button