2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla əlbir olan kürəkəni oğlumu aldadıb”

Zərərçəkmişlər Prezident İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovun kürəkəni Azər Əsgərov həbs edilib.
“24 saat” xəbər verir ki, bir neçə milyon manatlıq dələduzluqda ittiham edilən Əsgərov Azər Cavanşir oğluna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Əsgərovun əməllərindən zərər çəkənlərdən biri də Namazov Rasim Məcid oğludur.
Onun atası Məcid Namazov Prezident İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib və sürətini redaksiyamıza göndərib.
M.Namazov müraiətində bildirib ki, A.Əsgərov Prezident Administrasiyasında mühüm vəzifə tutan qaynatası Novruzov Arifin adından istifadə edərək oğlu Rasim Namazovu aldadaraq 25000 (iyirmi beş min) manat pulunu ələ keçiib:
“Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Oğlum Namazov Rasim Məcid oğlunun aldanmasına Əsgərov Azər Cavanşir oğlunun qayınatası Novruzov Arif yüksək vəzifədə işləməsi rəfaq vermişdir. Oğlum tanışı Azərin qayınatası məhz bu vəzifədə işlədiyinə görə ona inanmış və əmlakını ona etibar etmişdir. Azər qayınatası ilə milyonlarla dövriyyəsi olan şərikli işlər gördüyünü bildirmişdir. Mən əminəm ki, Arif Novruzov oğluma qarşı olan dələduzluq cinayətində Azər Əsgərovla əlbirdir. Ona görə də, Arif Novruzovun cinayət işi üzrə məsuliyyətə cəlb olunmasına dair müvafiq instansiyalara göstəriş verməyinizi xahiş edirəm” – deyə M.Namazov müraciətindəı qeyd edib.
Məsələ ilə bağlı müvafiq qurumların cavabını da dərc edəcəyik.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button