Siyasət
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanını azad edilmiş ərazilərin bərpasında iştiraka çağırıb
Bakı/22.09.21 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının elan edilməsi günü münasbətilə kral Salman bin Əbdül-Əziz Əl Səuda təbrik göndərib.
Dövlət başçısı təbrikdə Azərbaycan-Səudiyyə münasibətlərini islam həmrəyliyinə əsaslanmış adlandırıb. Münasibətlərin bütün sahələrdə inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Əliyev Səudiyyə Ərəbistanı şirkətlərini Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka çağırıb. -02D-