2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezident İlham Əliyev Abdullah Gülü qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin sabiq prezidenti Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı A. Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir” deyən A. Gül Türkiyədə baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

A. Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu deyib.

Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərinin Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Söhbət zamanı dövlət başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button