2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Prezidentin kürəkəninə dövlət dəstəyi?

Dekabrın 4-də prezident İlham Əliyev Zirə qəsəbəsində 10 hektar sahədə tikilmiş istixana kompleksində olub. «Baku Agropark» MMC-yə məxsus bu istixananı dövlət başçısına sahibkar Səməd Qurbanov təqdim edib.

S.Qurbanov prezident İ.Əliyevin qızı Arzu Əliyevanın həyat yoldaşıdır.

İldə 3.3 min ton pomidor istehsal etmək gücündə olan istixananın tikintisinə 21.7 milyon manat sərmayə qoyulub. Bunun 10 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditidir. Üç mərhələdə tikiləcək kompleks 21 hektar ərazini əhatə etməlidir. Növbəti mərhələlərinin dəyəri 45.7 milyon manat qiymətləndirilir.

Saytların yığılması Saytlarin yigilmasi

SKMF iri məbləğdə olan kreditləri 10 ilədək müddətə verir. Bank bu kreditlər üçün illik 6 faizdən çox faiz dərəcəsi tətbiq edə bilməz. Amma ucuz kredit prezident İ.Əliyevin yaxın qohumuna, A.Əliyevanın həyat yoldaşına dövlətin yeganə dəstəyi deyil.

Mənbə: “Vergilər” qəzeti (“Azərcofarm” MMC-nin həmin qəzetdən götürülən məlumatı)

“Vergilər” qəzeti (“Azərcofarm” MMC-nin həmin qəzetdən götürülən məlumatı)

2016-cl ilin fevral ayının 18-də yaradılarkən şirkət başqa ad daşıyırdı. O zaman 10 min manat ilkin kapital və «Azecofarm» adı ilə qurulan şirkətin dövlət reyestri məlumatları ictimaiyyətdən gizli saxlanmışdı. Bu ilin avqustunda istehsala başlayanda onun adı dəyişdirilərək, «Baku Agropark» MMC-yə çevrilib. Elə indi də bu şirkət barədə məlumatlar ictimaiyyət üçün əlçatımlı deyil.

Vergilər Nazirliyinin məlumat bazası

Vergilər Nazirliyinin məlumat bazası

İki ay ondan öncə ölkənin enerji paylayıcı şəbəkəsini idarə edən «Azərişıq» ASC «Azecofarm» MMC-nin istixana kompleksini elektrik enerjisi ilə təmin etməkdən ötrü «Retro Holding» MMC ilə 5 milyon 531 min 132 manat məbləğində müqavilə bağlamışdı. Yəni, «Azərişıq» «Azecofarm»-a elektrik çəkilişi işlərini sifariş edib. Sifarişçi «Azərişıq» ASC olduğundan, pulu da icraçıya o ödəyəcəkdi. Bu, sənaye müəssisəsinin elektrik təchizatı işlərinin dövlət hesabına icra olunması ilə bağlı ictimaiyyətə bəlli olan hələlik yeganə məlumatdır.

İstixananın elektrik təminatı üzrə tikinti işlərinin icraçısı «Retro Holding» MMC seçilmişdi. Bu tikinti şirkətinin prezident İ.Əliyevin ailə üzvlərinə məxsus olduğu «Paşayevlərin gəlirli «Retro» biznesi» jurnalist araşdırması ilə üzə çıxıb.

«Azərişıq» ASC-nin saytı

«Azərişıq» ASC-nin saytı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»na əsasən, elektrik xəttinin çəkilməsi və digər elektrik təchizatı işləri dövlət hesabına deyil, obyektin sahibinin hesabına icra olunmalıdır. Təcrübədə dövlət hesabına daxili və xarici elektrik və digər mühəndis-kommunikasiya işlərinin yerinə yetirilməsi yalnız mühüm layihələr üzrə – sənaye parkları, sənaye məhəllələri və texnologiya parklarının tikintisi gedişində tətbiq olunur.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button