2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Prezidentin vəzifə verdiyi Emin Məmmədov kimdir? – DOSYE

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Emin Səhləb oğlu Məmmədov Azərxalça ASC-nin sədri vəzifəsinə təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Azsiyasət.com xəbər verir ki, Emin Məmmədov tanınmış rəsssam Səhlab Məmmədovun oğlu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun qardaşıdır.

E.Məmmədov həmçinin, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviridir.

Emin Məmmədov Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Emin Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.

“Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.



“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button