2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Putin ABŞ-ı beynəlxalq aləmi qarışdırmaqda ittiham edir

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın son iki onillikdəki xarici siyasətini kəskin tənqid edərək deyib ki, bu, Yaxın Şərqi stabilsizləşdirən və bütün beynəlxalq nizamı pozan “gücdən sui-istifadə” siyasəti olub.

Sankt Peterburqda yer alan Beynəlxalq İqtisadi Forumun Amerika jurnalisti Megyn Kelly tərəfindən aparılan sual-cavab sessisyasında Putin, Birləşmiş Ştatları bir çox illər ərzində Rusiyanın işlərinə “kobud və sistematik müdaxilədə”, onun təbirincə deyilsə, Ukraynada antihökumət çevrilişini dəstəkləməkdə günahlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Ukraynada çevriliş dedikdə 2014-cü ildə Moskvaya meylli prezident Viktor Yanukoviçin avropayönlü etirazçılar tərəfindən devrilməsini nəzərdə tuturdu.

Putin bunu da qeyd edib ki, Liviyada, Misirdə, İraqda və Suriyadakı sabitsizlik üçün də məsuliyyəti ABŞ daşıyır.

Rusiya prezidenti aprel ayında Suriyada Assad-ın kimyəvi hücum keçirdiyi barədə Qərbdə yayılan məlumatları Suriya prezidentinin gözdən salınması üçün törədilən təxribat adlandırıb.

Ukrayna məsələsinə gəlincə isə, Putin deyib ki, “əslində burada baş verənləri” Qərb başlayıb və “indi qoyun gəlib bu problemə son qoyulması üçün heç olamasa nəsə etsinlər”.

Putin deyib ki, “daim Rusiyaya barmaq uzatmaq kifayət deyil”.

AzadlıqRadiosu yazır ki, Yanukoviç Ukraynadan qaçdıqdan sonra Moskva bu ölkənin Krım yarımadasını ilhaq edib və Ukraynanın şərqində separatçı hərəkatı qızışdırıb.

Putin deyib ki, NATO yalnız ABŞ-ın xarici siyasət alətidir və Moskva bu alyansın öz infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırmaq cəhdlərinə reaksiya verəcək.

NATO isə bildirir ki, Şərqi Avropa ölkələrinin müdafiəsini möhkəmlətməklə onları “Rusiyanın təcavüzündən” mühafizə edir.

Bununla belə, Putin qeyd edib ki, Rusiya terrorizmə qarşı mübarizədə NATO ilə əməkldaşlığa hazırdır.

Rusiya prezidenti qeyd edib ki, Rusiya səfirinin Trump düşərgəsi ilə inaqurasiyadan əvvəl baş vermiş təmaslarında heç bir qəbahət görmür. O bunu da əlavə edib ki, səfir Kislyakla Trump-ın adamları arasında hansı söhbətlərin getdiyini bilmir, amma bilir ki, adamlarla görüşmək və münasibətləri normallaşdırmaq səfirlərin işidir.

Hazırda FTB və ABŞ Konqresi rusiyalılarla Trump-ın seçki və keçid komandaları arasındakı əlaqələri araşdırır. ABŞ mediasında verilən xəbərlərə görə, Trump-ın kürəkəni Jared Kushner Rusiya ilə “gizli kommunikasiya kanalı” açmağa cəhd edib.

Putin Rusiyanın Trump-ın komandası ilə hər hansı razılaşma əldə etdiyi barədə iddiaları təkzib edib və bu itthamları “qaraqışqırıq” adlandırıb, ABŞ-a “dərman içib özünə gəlməyi” məsləhət görüb.

Putin habelə Rusiyanın 2016-cı il ABŞ prezidenti seçkisinə müdaxiləsi barədə iddiaları da rədd edib. O deyib ki, bütün bunlar, demokratlar tərəfindən seçki məğlubiyyəti üçün məsuliyyəti başqalarının üstünə yıxmaq üçün edilir.

O deyib ki, ABŞ-ın daxili siyasət məsələlərin beynəlxalq səhnədə çözülməsinə cəhdlər etmək “dağıdıcı” effekt verə bilər.

Yanvar ayında ABŞ-ın kəşfiyyat dairələrinin dərc etdiyi qiymətləndirmədə deyilirdi ki, “Putin 2016-cı ilin ABŞ seçkisinə nüfuz təsitri göstərilməsinə sərəncam verib” və onun məqsədi ABŞ-ın demokratik sisteminin ictimaiyyətin gözündən salınması olub.

Putin deyib ki, bu qiymətləndirməni oxuyub və burada söhbət yalnız “şayiələrdən” gedir.

Bundan əvvəl günün birinci yarısında forumun palatalarından birində etdiyi çıxışında Putin ABŞ biznes təmsilçilərini Trump administrasiyası ilə birlikdə işləməyə və iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasına çağırmışdı.

Putin biznes liderlərindən “siyasi dialoqun bərpa olunmasına” köməklik göstərməyi rica etmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button