2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin minimum maaşı minimum yaşayış səviyyəsinə qaldıracağını deyir

Prezident Vladimir Putin seçki kampaniyasının gedişində deyib ki, mayın 1-dən Rusiyada minimum əməkhaqqının məbləği artırılacaq.

Yanvarın 10-da Tver şəhərindəki zavodda çıxış edən prezident deyib ki, minimum maaş həddini yüksəldəcək dəyişiklik 4 milyon insanı mənfəətləndirməlidir. Bundan əvvəl bu dəyişikliyin yalnız ilin sonlarında ediləcəyi gözlənilirdi.

Rusiya prezidentinin sözlərinə görə, “işçinin maaşı ən azı minimum yaşayış səviyyəsində olmalıdır ki, o özünü dolandıra bilsin”. Putin əks halda bunun “normal vəziyyət olmadığını” söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmilər bildirirlər ki, Əmək Nazirliyi tezliklə minimum əməkhaqqının qaldırılmasını nəzərdə tutan qanunvericilik aktı layihəsinin hazırlanmasına başlayacaq.

Hazırda Rusiyada minimum əməkhaqqı ayda 9489 rubl (166 dollar), minimum yaşayış meyarı isə 11 min 163 rubldur (196 dollar).

Rəsmi rəqəmlərə görə rusiyalıların 20, 3 milyonu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Putin dördüncü müddətə prezidentlik üçün namizədliyini dekabrın 6-da bəyan edib. Onun yüksək populyarlıq reytinqi və hakimiyyətin bütün qolları üzərində nəzarəti belə bir nəticə çıxarmağa əsas verir ki, Putin, çox güman hakimiyyət tərəfindən manipulyasiya ediləcək bu seçkidə asanlıqla qalib gələcək.

Təhlilçilər bildirirlər ki, hakimiyyətinin legitimliyini bir daha təsdiqləmək üçün 18 mart seçkisində Putinə inamlı qələbə lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button