2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin partladılması ehtimal edilən qaz kəmərlərindən danışıb

Putin hadisənin “aşkar terror aktı” olduğunu deyib

Saytların yığılması Saytlarin yigilmasi

Gazprom şirkətinin nümayəndələrinin Şimal Axını-1 və Şimal Axını-2 qaz kəmərlərində ehtimal edilən partlayışların yerini təhqiq etmələrinə icazə verilib.

Bu barədə oktyabrın 31-də Soçidə keçirilən mətbuat konfransında prezident Vladimir Putin məlumat verib.

Putinin sözlərinə görə hadisə yerində dərinliyi üç və beş metr olan iki çala aşkar olunub.

Kəmər borusunun 40 metrlik hissəsi qopub və nəticədə borular bir-birindən 259 metr aralanıb.

Borunun partlayış nəticəsində qopan hissəsi 90 dərəcə bucaq altında əyilib və kəmərdən 40 metr kənara düşüb.

“Aşkar terror aktı”

Putin bunların partlayışlar nəticəsində baş verdiyini və hadisənin “aşkar terror aktı” olduğunu deyib.

Rusiya prezidenti bildirib ki, bütün bunlara nəzarət etmək çətindir, çünki sualtı kəmər Danimarkanın, İsveçin və Almaniyanın xüsusi iqtisadi zonasına düşür.

Putin habelə kəmərin Rusiyanın özü tərəfindən partladılması ilə bağlı iddialarla əlaqədar hiddətini bildirib.

Sentyabrın sonlarında Şimal Axını-1 kəmərinin hər iki və Şimal Axını-2 kəmərinin bir borusu ehtimal edilən partlayışlar nəticəsində zədələnmişdi.

Ayrı-ayrı təhqiqatlar

Şimal Axını-1 kəməri Rusiya qazını Almaniyaya nəql edən əsas kəmərdir. Qaz daha sonra Almaniyadan Avropa İttifaqının başqa ölkələrinə paylanır.

Yayın ortalarında Gazprom bu kəmərlə qazın Avropaya nəqlini əhəmiyyətli həcmlərdə azaltmış, daha sonra isə ümumiyyətlə dayandırmışdı. Moskva bunun səbəbi olaraq texniki nasazlıqları əsas gətirirdi.

Şimal Axını-2 kəməri isə Rusiyaya qarşı sanksiyalara görə ümumiyyətlə istismara verilməmişdi.

Hazırda Danimarka, İsveç və Almaniya kəmərlərin zədələnməsi səbəbləri ilə bağlı ayr-ayrılıqda təhqiqat aparırlar. Onlar birgə təhqiqat barədə razılığa gələ bilməyiblər.

Danimarka və İsveç polisi bildirir ki, Şimal Axını-1 kəməri bir neçə yerdə partladılıb.

Rusiyanın kələyi?

The Wall Street Journal yazır ki, təhqiqata bağlı bir çox ekspert bu diversiyanın Rusiyanın özü tərəfindən törədilməsindən şübhələnir.

Onlar hesab edirlər ki, Rusiya Şimal Axını-2 kəmərinin bir borusunu salamat saxlamaqla Almaniya hökumətini bu kəmərə lisenziya verilməsinə məcbur etmək istəyir.

Burası da var ki, partlayışlar nəticəsində Şimal Axını-2 kəməri də istismar üçün yararsız hala gələ bilərdi.

24 saat” “
Putin partladılması ehtimal edilən qaz kəmərlərindən danışıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button