Loading...
Loading...
SEÇMƏ

Putinin 9 may nitqi: Nə düşündüyünü heç kim bilmədi

Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynanın şərqində, Donbasda Rusiya qoşunları və könüllülər “Vətən, onun gələcəyi uğrunda vuruşurlar” və o, Qərbi “torpağımızı işğal etməyə” hazırlaşmaqda ittiham edib.

Putin bu sözləri bu gün Moskvanın Qırmızı Meydanında SSRİ-in İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsinin ildönümünə həsr olunmuş və hər il keçirilən paradda çıxışı zamanı deyib.

O, NATO-nu Rusiya üçün “açıq-aşkar təhlükə” adlandırıb və Rusiyanın hərbi əməliyyatının zəruri və “düzgün qərar” olduğunu deyib.

Putin həmçinin deyib ki, Rusiya dövləti Ukrayna müharibəsi nəticəsində itki verən ailələrin qayğısına qalmaq üçün “hər şeyi” edəcək.

“Hər bir əsgər və zabitin ölümü bizim üçün ağrılıdır”, – o deyib.

O, çıxışını Qızıl Meydanda əsgər alqışları, top atəşi və Rusiyanın dövlət himni sədaları altında bitirib.

BBC-nin diplomatik müxbiri Paul Adams-ın təhlili

Rusiya Prezidenti Vladimir Putin onun builki Qələbə Günü münasibətilə nitqi ilə bağlı Qərbdə ayaq alıb yerimiş müxtəlif yozma və proqnozlarla bağlı bəlkə də, bir qədər məmnun ola bilər.

Lakin onun Ukraynadakı bugünkü müharibəni İkinci Dünya Müharibəsində nasizmə qarşı mübarizə ilə bağlayacağı barədə proqnozlara baxmayaraq, Putin gələcək niyyətləri ilə bağlı heç bir tutarlı ipucu verməyib.

Səfərbərlik barədə heç bir söz deyilməyib. Ukrayna üzərində qələbə çalınması bəyan edilmməyib. İtkilər dilə gətirilib, lakin terminologiyada dəyişiklik yoxdur: bu, hələ də müharibə deyil, “xüsusi hərbi əməliyyatdır”.

Putin hamını qeyri-müəyyənlikdə saxlamaq istəyir, yoxsa təfərrüatların olmaması Rusiyanın döyüş meydanındakı uğursuzluqlarını əks etdirir?

Nailiyyətlər olub. Rusiya əraziləri zəbt edib və Ukraynaya böyük ziyan vurub.

Lakin fevral ayındakı hücumun miqyasını nəzərə alınsa, bu əməliyyat zamanı Moskva əsas məqsədinə çata bilməyib: Ukraynanı məğlub etmək və onun rəhbərliyini devirmək.

24 saat” “Putinin 9 may nitqi: Nə düşündüyünü heç kim bilmədi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Çox sağ ol, Mask…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun