2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putinlə razılaşdırılacaq MÜHARİBƏ PLANI, 48 saat MÖHLƏT… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Dağlıq Qarabağ münaqişəsi martın 2-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunub. Rusiya generalı Suriyada minaya düşüb. Türkiyə və Almaniya arasında diplomatik qalmaqal baş verib. Rusiyadan verilən açıqlama Ankaranın bütün planlarını alt-üst edir. Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimi Kiyevin ticarət blokadasını elan edib.

Dağlıq Qarabağ münaqişəsi martın 2-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunub.İclasda Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, Ermənistan qonşu ölkənin ərazisini işğal edib və beynəlxalq ictimaiyyət bunu pisləyib: “Son 25 il ərzində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin “müstəqillik” iddiaları və ya hansısa arzularında heç bir irəliləyiş əldə etməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda vurğulanıb ki, Azərbaycan əmindir ki, yaxın 25, yaxud 250 il ərzində də bu, baş verməyəcək və regiondakı vəziyyət də bunu deməyə əsas verir: “Bu iddiaları dəstəkləyən heç bir ölkə yoxdur. BMT-nin 190 üzvü Azərbaycanı dəstəkləyir. Bu, həqiqətdir. Virtual reallıq qurmaq lazım deyil. Güzgüyə baxıb özünüzə cavab verin, bu vəziyyət Ermənistanı tərk edən və qonşu ölkələrdə yaşamağa üstünlük verən erməni xalqının əsl maraqlarına uyğundurmu?”.

Qarabağda erməni müddətli hərbi qulluqçular döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb. Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.Fevralın 28-i baş verən hadisə nəticəsində 3 nəfər məcburi hərbi qulluqçu müxtəlif dərəcəli qəlpə bədən xəsarətləri alıblar. Onlar dərhal hospitala aparılıblar.

Fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dağlıq Qarabağda gərginliyin davam etdiyi vaxtda Ermənistanın “aprel müharibəsi”ndə məğlub olmasının səbəbləri yenidən gündəmə gəlib. Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı “aprel məğlubiyyəti”nin əsas səbəbinin hərbi texnikanın normal işləməməsi olduğunu deyib.

Seyran Ohanyan isə cavabında hakimiyyəti bütün sirləri ifşa etməklə hədələyib.

“Jamanak” qəzetinin məlumatına görə, keçmiş müdafiə naziri müvafiq kanallarla hakimiyyətə çatdırıb ki, lazım olarsa, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün sirləri açacaq.

“Ordunun ağ neft ehtiyacını Ermənistana Narseq Beqlaryan gətirir. Ohanyan deyib ki, əgər yanacaq məsələsini onun üzərinə atacaqlarsa, o, bütün günahkarların adlarını bir-bir açacaq”, – deyə qəzet yazıb.

Erməni siyasi ekspert Samvel Ohanesyan “armenianreport” saytında yayımlanan məqaləsində Ermənistanın siyasi-hərbi rəhbərliyini tənqid edərək, “aprel məğlubiyyəti”ndə hamısının günahı olduğunu yazıb.

“Pakistan Azərbaycana orta uzaqmənzilli raketlər verə bilər. Hansı ki, bu raketlər Rusiyanın Ermənistana verdiyi “İskəndər” raket komplekslərinə qarşı istifadə edilə bilər”.Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Azərbaycan-Pakistan hərbi əməkdaşlığına münasibət bildirərkən deyib.

Qeyd edək ki, dünən Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri almaq istədiyinin xəbər vermişdik. Bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra “JF -17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələri Azərbaycana yola salınacaq.

Ukrayna Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirovu vəzifəsindən kənarlaşdırıb. Bu haqda təklif maliyyə naziri Aleksandr Danilyukdan daxil olub.

Baş nazir Vladimir Qroysman qeyd edib ki, Nəsirov barəsində dürüst və açıq araşdırma aparılmalıdır

“Əgər insan günahkardırsa, cəzalandırılmalıdır. Əgər günahkar deyilsə, bəraət verilməlidir”, – Qroysman bildirib.

Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ədliyyə naziri Bəkir Bozdağın və iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyada keçirməyə planlaşdırdıqları toplantıların ləğv edilməsinə çox sərt reaksiya verib.

Nazir Almaniyaya çox sərt cavab veriləcəyini deyib.

Misirdə səfərdə olan Almaniya kansleri Angela Merkel ölkədə aksiyalar və mitinqlərlə bağlı qərarların yerli hakimiyyət səviyyəsində qəbul edildiyini deyib. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü də Bəkir Bozdağın iştirak edəcəyi mitinqin ləğvi barədə qərarın verilməsində federal hökumətin heç bir rolunun olmadığını bildirib.

Suriyanın Münbic şəhərinin qərbində Azad Suriya Ordusu (ASO) ilə YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü – red.) arasında şiddətli döyüşlər gedir. ASO sözçüləri bölgədə yerləşən altı kəndin – Ulaşlı, Tel Turin, Karah, Umia, Böyük ve Kiçik Fikha kəndlərinin YPG-dən alındığını bildiriblər. Al Bakki, Kirhoyuk, Bughaz ve Abu Hayj kəndlərində isə döyüşlər davam edir.

Suriyanın Münbic şəhərini YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü – red.) təmizləməkdə israrlı olan Ankaranın planı artıq hazırdır. Türkiyə KİV-inin yazdığına görə, Ankara əməliyyatın keçiriləcəyi barədə mesajı həm Vaşinqtona, həm də Moskvaya çatdırıb.

Martın 10-dan sonra başlayacağı deyilən Münbiç əməliyyatının detalları məlum olub.

Rusiya Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy açıqlaması isə Ankaranın bütün planlarını alt-üst edir. Generalın sözlərinə görə, PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) nəzarətindəki Münbiç Suriya ordusuna təhvil veriləcək.

Bu haqda O, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətlilərinin iştirakı ilə keçirilən danışıqlarda PYD-nin Münbiçdən çəkilərək buranı Bəşər Əsəd güclərinə təhvil verməyi qəbul etdiyini söyləyib. Rusiyalı general bu gündən etibarən Suriya rəhbərliyinin Münbiç və ətrafında dövlət fəaliyyətini icra etməyə başlayacağını bildirib.

Bu gün isə Türkiyənin müdafiə naziri Fikri İşık Türkiyənin Əl-Babdab sonra əsas hədəfinin Münbiç olduğunu söyləyib.

Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Suriyada ağır yaralanıb. Fontanka.ru saytının yazdığına görə, general Palmira şəhəri uğrunda gedən döyüşlərdə minaya düşüb.

General hər iki ayağını və gözünü itirib. İlk yardımı Suriyada alan Pyotr Milyuxin vəziyyətin pisləşməsindən sonra Moskvaya Burdenko adına hospital gətirilib. “O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, – deyə hospitalın 56-cı şöbəsindən bildirilib.

Onun Suriyada yaralanan ilk Rusiya generalı olduğu bildirilir.

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli görüş keçirdiyi iddia edilib. “Nyu York Tayms” nəşrinin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinin də iştirak etdiyi görüşün 20 dəqiqə davam etdiyi deyilir.

Məsələ ilə bağlı açıqlama verən Ağ Ev sözçülərindən Houp Hiks Kuşnerin görüş zamanı ABŞ-Rusiya əlaqələrindən danışdığını və Trampla rəsmi Moskva arasında əlaqə yaratmaq istədiyini bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Rusiya ilə şübhəli əlaqələrinin ortaya çıxmasından sonra istefaya göndərilmişdi.

Daha əvvəl isə ABŞ-ın ədliyyə naziri Jeff Seşnzın prezident Donald Trampın seçki kampaniyası zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn isə Rusiya səfiri Sergey Kislyak ilə görüşməsi iddialarının üzə çıxmasından sonra istefaya göndərilib. Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Müdafiə xərclərinin artırılması ABŞ ordusuna yenidən imkan verəcək ki, müharibələrdə qələbə qazansın.

Bunu Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib. O, bu artım sayəsində ordunun daha yaxşı texnika ilə təchiz olunacağını bildirib:

“Biz sizə müharibənin qarşısını almaq üçün bütün vasitələri verəcəyik. Əgər müharibə aparmalı olsanız, o zaman edəcəyiniz yalnız bir şey olacaq. Siz qələbələr qazanacaqsınız. Biz müharibələri yenidən udmağa hazırlaşırıq”.

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimi Kiyevin ticarət blokadasını elan edib. Bu haqda “DXR”in başçısı Aleksandr Zaxarçenko deyib.

“Biz vuruşduğumuz Ukrayna ilə bütün əlaqələri kəsirik. Biz kömürü pul almaq və burada maaşları ödəmək üçün satırdıq. Amma onun hesabına biz blokadada yaşamağı öyrəndik. İndi Ukraynaya blokada elan edirik”, – o, mətbuat konfransında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button