2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qara dənizdə gəmi batıb – ölənlər var

Qara dənizdə yük gəmisi batıb.

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, “Qeroi Arsenala” adlı gəminin göyərtəsindəki yeddi nəfər itkin düşüb. İlkin məlumata əsasən, gəminin göyərtəsində 12 nəfər olub. Bunlardan 8-i Rusiya, 3-ü Ukrayna və 1-i Gürcüstan vətəndaşıdır. Gəmi Rostov vilayətindən Türkiyəyə taxıl aparırmış.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarə rəisinin köməkçisi Vladimir İvanov hadisə yerinə bir neçə xilasetmə gəmisinin və aviasiyanın göndərildiyini deyib. Artıq bir dənizçi xilas edilib, daha dörd nəfəri sudan çıxarmaq istiqamətində işlər gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarının keçirilməsinə maneçilik törədir. Bildirilir ki, qəzanın baş verdiyi ərazidə dalğaların hündürlüyü 3 metr, küləyin sürəti saniyədə 20 metrədək çatır.

FHN-nın məlumatına görə, Panama bayrağı altında hərəkət edən yük gəmisinin göndərdiyi SOS siqnalını sərhədçilər qəbul edib. Sonra məlumat xilasedicilərə göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button