2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağ separatçılarının komandiri istefa verdi

Bakı / 09.09.21 / Turan: “Qarabağ qüvvələrinin komandanı” Mikael Arzumanyan cümə axşamı  istefa verdi, lakin separatçıların lideri Arayik Arutyunyan istefasını qəbul etmədi. Bu barədə erməni mətbuatı sentyabrın 9 -da axşam məlumat yayıb. İstefanın səbəbi barədə məlumat verilməyib.

Bu məlumat İrəvanın yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsi imzalamaq və sərhədlərin demarkasiyasını həyata keçirmək planları ilə bağlı xəbərlərlə üst-üstə düşdü. Bu, yüksək rütbəli hərbçilər də daxil olmaqla, Ermənistan və Qarabağda radikal qüvvələrin qarşı çıxdığı Qarabağın faktiki olaraq Azərbaycan ərazisi kimi tanınması deməkdir.

Oktyabrın 1-dən müxalifət Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq planlarına qarşı Ermənistanda mütəmadi etiraz aksiyalarına başlamaq niyyətindədir.-02B- 
 

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button