Loading...
Loading...
Dünya

Qırğızıstan-Tacikistan sərhədində atışma

Sərhəd xidməti başqa bir bəyanatda hər iki tərəfdən yaralıların olduğunu bildirib

Qırğızıstanın Sərhəd Mühafizə Xidməti Tacikistanla sərhəddə atışma olduğunu bildirir.

Xidmətin iyunun 3-də yaydığı bəyanatda deyilir ki, Tacikistan sərhədçilərinin Qırğızıstan tərəfə atəş açmasından sonra sərhədçilər cavab atəşi açıblar, minaatanlardan da istifadə olunub. Qırğızıstan sərhədçilərinin guya cənubi Batken regionundakı Bulak-Başı rayonuna daxil olduğu iddia edilib, Qırğızıstan ərazisindən çıxmaları tələb olunub.

Yaralılar var

Sərhəd xidməti başqa bir bəyanatda hər iki tərəfdən yaralıların olduğunu bildirib.

Qırğızıstanın Səhiyyə Nazirliyi iki sərhədçinin yaralandığını, onlardan birinin ağır vəziyyətdə olduğunu açıqlayıb.

Tacikistan rəsmiləri sərhədin mübahisəli seqmentində atışmayla bağlı rəsmi açıqlama verməyub. Son illər oxşar insidentlər tez-tez təkrarlanır.

Mübahisəli sərhədlər

Keçmiş Sovet İttifaqı dağılandan Orta Asiyada bir çox sərhəd əraziləri mübahisə qalır.

Qırğızıstan, Tacikistan və Özbəkistan sərhədlərinin qovuşduğu Fərqanə vadisindəki saysız eksklavlarda vəziyyət xüsusilə mürəkkəbdir.

Qırğızıstanla Tacikistanın 970 kilometrlik sərhədinin demək olar yarısı demarkasiya olunmayıb. İki ölkə 30 il öncə müstəqillik əldə edəndən dəfələrlə gərginlik yaşayıblar.

Apreldə sərhəd atışmasında bir tacikistanlı sərhədçi aldığı yaralardan ölüb, iki qırğızıstanlı sərhədçi və dörd mülki qırğız yaralanıb.

2021-ci ilin aprelində isə sərhəddə hərbçilərin iştirakıyla toqquşmada hər iki tərəfdən onlarla insan həlak olub.

24 saat” “
Qırğızıstan-Tacikistan sərhədində atışma
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukrayna müharibəsinin 100-cü günüdür

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button