2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qırmızı Xaç Qarabağda öz missiyasının maliyyələşməsini beş dəfə artırıb

Bakı/30.06.21 Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Moskvanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bu il Qırmızı Xaç Dağlıq Qarabağda öz missiyasının maliyyələşdirilməsini beş dəfə artıraraq  50 milyon dollara çatdırıb.

Komitə həmçinin Bakı və Yerevan arasında hərbi əsirlərin mübadiləsinə kömək etməyə hazırdır, lakin saxlanılan şəxslərin statusu ilə bağlı mübahisəni Azərbaycan və Ermənistan özləri həll etməlidirlər.

“Hazırda büdcəmiz 27 il öncə olduğundan təxminən dörd-beş dəfə çoxdur. Əvvəllər büdcəmiz təxminən 10-11 milyon dollar təşkil edirdi. İndi isə 50 milyon dollara yaxınlaşırıq və regionda öz iştirakımızı xeyli genişləndirmişik.

Saytların yığılması Saytlarin yigilmasi

Biz məcburi köçkünlərə, geri qayıdan adamlara kömək edirik. Hər iki tərəfdən məhbuslara baş çəkmək və onların ailələrilə əlaqələrin bərpasında iştirak ilə bağlı işlər də vacib olaraq qalır”, – o deyib.

“Hərbi əsirlərin mübadiləsi prosesi necə keçir?” sualının cavabında Maurer deyib ki, irəliləyiş əldə edilib, əsirlər evlərinə qayıdırlar, amma “hələ də bəzi məhbuslarla bağlı mübahisələr gedir: onlar hərbi əsirlər hesab olunurmu, onların statusu necədir və onlar qayıda bilərmi?”

Qırmızı Xaç Azərbaycanda təxribatçı adlandırılanlara baş çəkirmi? Bu suala Maurer belə cavab verib: “Bəli, Qırmızı Xaçın məhbuslara birbaşa çıxışı var. Azərbaycan hökuməti bizə məlumat verdi ki, statusla  (saxlanılanların) bağlı Ermənistan tərəfilə fikir ayrılığı var. Bu problemi Bakı və Yerevan öz aralarında həll etməlidirlər. Biz öz təcrübəmizi bölüşə bilərik, nəsə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusu özləri müəyyənləşdirməli və yekun rəy verməlidirlər”.

Komitə rəhbəri “Azərbaycanda ermənilər hansı şəraitdə saxlanılır?” sualına cavab verməkdən imtina edib: “Biz buna açıq qiymət vermirik. Biz adamların saxlanma şəraitini qiymətləndirmək üçün baş çəkirik. Ancaq bildiyiniz kimi, bu, komitə üçün məxfi prosesdir. Biz müvafiq hakimiyyətlərə öz iradlarımızı bildirmək üçün regionda bütün hakimiyyətlərlə qarşılıqlı əlaqə saxlayırıq və hələlik bundan artıq bir şey deyə bilmərəm”. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button