2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ramin Hacılının məhkəməsi başladı

Ramin Hacılı ABŞ, Kanada, Avropa ölkələrinə köçüb, orada yaşamaq istəyən azərbaycanlılara yardım vəd edib onlardan pul almaqda, onların həmin dövlətlərdə siyasi sığınacaq ala bilməsi üçün saxta sənədlər hazırlamaqda ittiham olunur.

Mayın 25-də məhkəmənin hazırlıq iclasında Ramin Hacılının anket məlumatları dəqiqləşdirilib. Qərar verilib ki, hazırlıq iclası iyunun 1-də davam etdirilsin.

Saytların yığılması Saytlarin yigilmasi

Ramin Hacılıya qarşı Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə ittiham irəli sürülüb. Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

Ramin Hacılı sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

O, özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmır, kimsəyə qarşı dələduzluq etmədiyini deyir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button