2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Ramiz Mehdiyev İlham Əliyevin hədəfində? – RÜŞVƏT QALAMAQALI

“24 saat” xəbər verir ki, ölkə başçısı İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən kifayət qədər sərt formada ölkədə baş alıb gedən korrupsiya və rüşvət məsələlərinə toxunub.

Xatırladaq ki, həmin videokonfrans Biləsuvar rayonunun icra başçısı Mahir Quliyevin həbsindən sonraya təsadüf etdiyindən, ölkə başçısı bu məsələyə xüsüsi yer ayırıb. 

İlham Əliyevin çıxışından bir hissə:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm”.

Görünüyü kimi çıxışının bu hissəsində ölkə başçısı icra başçılarına vətəndaşları incitməmək tapşırığını verdiyini söyləməklə, məsuliyyətli şəxsin özü yox, bir başqası olduğuna eyham vurur. Daha sonra isə o, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağının anonsunu verərək bu məsələdə həm də israrlı olduğunu ortaya qoyur.

“Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük”.

İLHAM ƏLİYEVİN HƏDƏFİ RAMİZ MEHDİYEV OLA BİLƏRMİ?

Aydındır ki, icra başçılarını vəzifəyə təyin edən şəxs ölkə başçısı İlham Əliyev olub. Ona kadrları təqdim edən məmur isə Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev idi. Yəni İlham Əliyevin çıxışında üstüörtülü şəkildə hədəf aldığı şəxsin Ramiz Mehdiyev olma ehtimalı mümkündür.

Ramiz Mehdiyev İlham Əliyevin hədəfində  - RÜŞVƏT QALAMAQALI
Ramiz Mehdiyev

Məlum olduğu kimi uzun illər Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının başçıları Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev tərəfindən seçilib. Hətta yerli mətbuatda Mehdiyevin daim icra başçılarından rüşvət aldığı və bunun müqabilində onları qoruduğu da dəfələrlə yazılıb.

XATIRLATMA

Ramiz Mehdiyev” və “rüşvət” sözləri eyni cümlədə işlədilən zaman istəmədən 2 sabiq YAP üzvü – sabiq deputat Gülər Əhmədova və bağlanmış ABU rektoru Elşad Abdullayevin iştirakçısı olduğu “mandat alveri” videoları və orada səslənən bəzi fikirlər düşür. Yada salaq ki, sabiq deputat rektoru deputat etmək üçün ondan külli miqdarda rüşvət tələb edir və bu pulu Ramiz Mehdiyevə çatdıracağını iddia edirdi. Hətta Elşad Abdullayev tərəfindən şantaj üçün yayılmış videolardan sabiq deputatın Ramiz Mehdiyevə dəfələrlə rüşvət apardığını, bir dəfəsində isə aparat rəhbərinin çemodanı burğacla (atvyorka) açdığı da məlum olur.

Bu yerdə icra başçılarının “təmizlənməsi” əməliyyatlarına Ramiz Mehdiyevin tutduğu məsuliyyətli vəzifəsindən azad edilməsindən dərhal sonra başlanılması da yuxarıda irəli sürdüyümüz mülahizənin reallıq payını artırır.

Başqa sözlə, İlham Əliyevin son çıxışında hədəf taxtasına oturtduğu şəxsin Ramiz Mehdiyev olduğunu demək üçün əlimizdə fakt olmasa da, ciddi ehtimallar var.

Vüqar Qurdqanlı

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button