2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

REAL-ın təsis qurultayı keçirilib


Dünən, avqustun 4-də gecə saatlarında ReAL ( Respublikaçı Alternativ Patiyası) Partiyasının on-layn təsis qurultayı keçirilib.

Bu barədə Azadlıq Radiosuna qurultay iştirakçılarından Natiq Cəfərli bildirib.

N.Cəfərlinin deməsinə görə, qurultaya 108 nəfər nümyəndə seçlib. Onun vurğulamasına görə, onlardan 98 nəfər nümayəndə iştirak edib, qalan 10 nəfər isə əsasən internet problemi üzündən qurultayın işində işinəqatıla bilməyiblər:

Saytların yığılması Saytlarin yigilmasi

“Qurultayda əvvəl partiyanın təsis olunduğu elan edildi. Nizamnamə və proqram sənədləri, partiyanın atributları,loqosu, bayrağı və möhürü haqqında qərar verildi. Sonda isə altı nəfərdən ibarət Siysi Komitə seçildi”

N.Cəfərlinin sözlərinə görə, həmin 6 nəfərə qurultay səlahiyyət verib ki, gələcəkdə Komitənin tərkibinə həm üzvlər arasından, həm də cəmiyyətin tanınmış insnalarını dəvət edə bilsinlər. O, partiya sədrinin qurultayda yox, Siyasi Komtədə seçiləcəyini bildirib:

“Siyasi Komitəyə İlqar Məmmədov, Erkin Qədirli, Rəsul Cəfərov, Natiq Cəfərli, Zaur Qurbanlı və Mahmud Mahmudov seçildilər. Bu şəxslər partiyanın idarəetməsini indkiki mərhələdə həyata keçirəcəklər. Komitənin ilk iclasında da sədr seçiləcək”.

Xatırlatma

ReAL hərəkat olaraq 2009-cu ildə təsis edilib. 2018-ci ilin aprelində onların on-layn formada təsis qurultayı keçirilib. Amma bildirildiyinə görə, o zamanın şərtlərinə görə, belə qurultay keçirilməsi qeydiyyata alınmaq üçün əsas sayılmırdı. Onda təşkilatçılar lazımı bina ilə temin edilmediklərindən qurultayı on-lan keçirməli olduqlarını açıqlamışdılar. Partiyadan qeyd edildiyinə görə, elə bu səbəbdən də yenidən qurultay keçirmək zəruriyyəti yaranmışdı. Hazırda isə Azərbaycanda koronvirus pandemiyası ilə bağlı karantin rejimdir. Martın 24-dən elan edilən karantin avqustun 31-nə kimi uzadılıb. Karatində kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Qurultaya, hələlik, Azərbaycan Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button