2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiSEÇMƏ

“Respublikaçı Alternativin Rahim Şaliyevlə bağlı açıqlaması”

Bu gün ReAl-ın Sumqayıt Məclisinin fəal üzvü Rahim Şalıyevə inzibati qaydada 30 sutka həbs verilib. O, xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib.

Hər kəsə məlumdur ki, bu cür ittihamlar və inzibati həbslər siyasi sifarişlə, müxalif düşüncəli insanları susdurmaq üçün nəzərdə turulub. Belə qeyri-qanuni əməllər hüquq-mühafizə orqanlarını siyasi alətə çevirən siyasi hakimiyyətə baş ucalığı gətirmir. Siyasi meydanda tənqidə arqumentlə cavab verməyi bacarmayanlar, belə əməllərlə ölkədə qorxu və xof yatarmağa, gəncləri aktiv siyasətdən uzaqlaşdırmağa çalışırlar.

ReAl olaraq bildiririk ki, hüquq-mühafizə orqanları siyasətə alət edilməməli, siyasi opponentlərə qarşı şərləmə kampaniyasına son qoyulmalıdır. Belə addımlar davamlı olacaqsa, ölkədə siyasi səhnənin tamamilə qapadılması nəticəsində yaranacaq siyasi gərginliyin məsuliyyəti hakimiyyətin üzərinə düşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

ReAl İdarə Heyəti bir daha təkrar edir ki, təşkilatımızın bütün siyasi risklərini və onlarla bağlı məsuliyyəti ancaq və ancaq İdarə Heyəti daşıyır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button