2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Reuters-ə danışan kürd səlahiyyətlisi: “YPG və Dəməşq razılığa gəlib, Suriya ordusu Afrinə girə bilər”

Suriyanın Şimalındakı kürd hakimiyyətinə məsləhətçilik edən Badran Jia Kurd adlı səlahiyyətli şəxs Reuters xəbər agentliyinə verdiyi açıqlamada kürd qüvvələri və Dəməşq rəhbərliyinin Suriya ordusunun Afrinə daxil olması üçün razılığa gəldiklərini bildirib.

Jia Kurd Suriya qüvvələrinin qarşıdakı iki gün ərzində sərhəd xətti boyunca yerləşəcəyini və iki gün ərzində bölgəyə girə biləcəyini deyib.

BBC xəbər verir ki, Türkiyə keçən ay Afrində “terror təşkilatı” adlandırdığı YPG (Xalq Qoruma Birlikləri) qüvvələrinə qarşı Zeytun Budağı əməliyyatını başladıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ankaranın NATO müttəfiqi olan ABŞ Suriyada özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı aparılan müharibə çərçivəsində YPG-ni silahlandırıb.

Jia Kurd “Törədilən barbar cinayətlər və beynəlxalq səssizliyin fonunda bizə kömək əli uzadan hər hansı bir tərəflə əməkdaşlıq edə bilərik” deyib.

Suriya dövlət başçısı Bəşər Əsəd və YPG ölkədəki vətəndaş müharibəsində bir-biriylə qarşıdurmalardan yayınıblar.

Rusiya, kürdlər, Türkiyə, Əsəd Rusiya Türkiyə ilə olan diplomatik münasibətlərinə görə Suriya ordusunun Afrinə girməsinə qarşı çıxa bilər
“Rusiya qarşı çıxa bilər”
Jia Kurd Dəməşq rəhbərliyi ilə əldə olunan razılığın tamamilə hərbi miqyasda olduğunu və hələ böyük miqyasda siyasi razılaşmanın əldə olunmadığını vurğulayıb.

Jia Kurd deyib ki, “Bölgədəki siyasi və idarəçilik məsələləri haqqında sonrakı mərhələlərdə birbaşa aparılacaq müzakirə və mübahisələrdə razılığa gəlinəcək”.

Ancaq Jia Kurd razılığın əleyhdarları olduğunu və amma bunun qarşısını ala biləcəklərini bildirib. Kürd səlahiyyətlisi “Bu anlayışın nə qədər davam edəcəyini bilmirik, çünki razı qalmayan və bu birliyin pozulmasını istəyən tərəflər var” ifadələrini işlədib.

Bu ərəfədə müzakirələrə yaxın olan kürd siyasi səlahiyyətli də Suriya Ordusunun Afrinə daxil olmasına Rusiyanın qarşı çıxma ehtimalının yüksək olduğunu bildirib. Səbəb bu addımın Rusiyanın Türkiyə ilə olan diplomatik münasibətlərini qarışdıra bilmə ehtimalıdır.

Bastainfo.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button