ManşetXəbərlərYazı

Rövnəq Abdullayev 300 manata da tamah salıb

Noyabr ayında Azərbaycan hakimiyyəti Heydər Əliyev Mərkəzinə yığışaraq 2 milyard ton xam neft satılmasını əlamətdar hadisə kimi qeyd etdi.

Xalqın sosial rifahına ciddi təsir etməyən 2 milyard ton xam neftin satılmasının bayram edildiyi ərəfədə SOCAR prezidenti Rövnəq Abdullayev bayramı daha da şənləndirmək məqsədi ilə bildirdi ki, bu əlamətdar hadisə münasibətiylə bütün SOCAR çalışanlarına 500 manat məbləğində əlavə pul mükafatı veriləcək.

AZ24saat.org saytının özəl mənbədən aldığı və çoxsaylı “Azəriqaz” çalışanın da təsdiqlədiyi məlumata əsasən Rövnəq Abdullayevin bu vədindən dərhal sonra onların məvacib kartlarına 200 AZN məbləğində pul daxil olub. SOCAR çalışanlarına bildirilib ki, Rövnəq Abdullayevin boğazdan yuxarı vədinin qalan hissəsi isə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində onlara ödəniləcək. Lakin vədə tamam olanda məlum olub ki, R. Abdullayev pulun qalan hissəsini əməkdaşlarına ödəməkdən imtina edib.

Saytımıza məlumat verən mənbənin iddiasına görə, verilməsindən imtina edilən məbləğ SOCAR büdcəsinindən silinib və müəmmalı şəkildə yoxa çıxıb.

Mövzuya qayıdacağıq.

24SAAT.ORG

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close