2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rövşən Lənkəranskinin İtaliya mafiyasın bossları ilə əlaqələri və ERMƏNİLƏRİN NARAHATLIĞI – ÖZƏL

Qanuni oğru Rövşən Lənkəranskinin qətlindən xeyli keçsə də onun ətrafında olan söz-söhbətlər səngimir.

24saat.org xəbər verir ki, Lənkəranskinin kriminal bağlantıları ilə bağlı İtaliya mətbuatında da bir sıra məlumatlar yayılıb.

İtaliyanın güc strukturları vaxtilə Lənkəranskini axtarışa verdiklərinin səbəbləri açıqlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Məlum olub ki, həmin vaxt Rövşən Lənkəranski İtaliyanın Pozitano şəhərində 2 lyuks otel alıb. Bunlardan biri “Le Sirenuse” ( 52 milyon avrora alınıb), diğəri “Hotel Covo dei Saraceni”-dir (49 milyon avro).

Le Sirenuse oteli
Le Sirenuse oteli

Otellərdən birincisi Lənkarənskinin qohumunun adına, diğəri iş ortağı, “şeyx Həmzət” ləqəbli çeçen avtoritet Həmzət Qastemirovun adına sənədləşdirilib. Sonradan Həmzətin kontroluna daha iki otel, bir restoran və 6 kotec keçib.

Covo dei Saraceni oteli
Covo dei Saraceni oteli

Lənkarənski Həmzətin vasitəsilə İtalyan mafiyasının bossları Mateo Messina Denaro (ləqəbi Dyabolik-şeytan) və Bernardo Provençano ilə əlaqələr qurmağı bacarıb.

Həmzət və Lənkaransi
Həmzət və Lənkaransi

Qastemirov isə öz növbəsində Canıyev vasitəsilə türk mafiyasından olan Sedat Şahin və Bafralı ilə yaxınlaşıb. Bununla da əlaqələrini MDB məkanından çıxararaq Avropanın ən güclüləri arasına girməyi bacaran Lənkəranskinin düşmənləri, xüsusilə də erməni mafiya liderləri bundan ciddi narahat olublar.

Məhz bu səbələrdən İtaliya güc strukturlarının Rövşən Canıyevi 2013-cü ildə interpol vasitəsilə axtarışa verdiyi iddia olunur. O, çirkli pulların yuyulması, saxta sənədlərin düzəldilməsi, mütəşəkkil cinayətkar dəstələrlə əlaqədə şübhəli bilinirdi. 2014-cü ildə axtarış ləğv olunsa da, lakin yeni dəlillərin əldə olunması ilə axtarış yenidən bərpa olunur.

İtaliya ən azı 3 dəfə Canıyevi interpolla axtarışa verib.

Həmzət Provecano ailəsindən olan Marko Strippo ilə
Həmzət Provecano ailəsindən olan Marko Strippo ilə

Rövşən Canıyevin İtaliyadan başqa Almaniyada da böyük əlaqələrinin olması haqda da təkzibolunmaz məlumatlar var.

Lənkəranski Berlin, Hamburq və Münhen şəhərlərindəki topdansatış məntəqələrinə nəzarəti ələ keçirdiyi məlumdur.

İlqar Atabəyli
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button