Loading...
Loading...
SEÇMƏ

Rusiya Atom Elektrik Stansiyası üçün Türkiyəyə pul köçürüb

Yayımlandı: 29 İyul 2022 18:47

Elektrik stansiyasının 2023-cü ildə istifadəyə verilməsi və layihənin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur

Rusiya Dövlət Atom Enerjisi Agentliyi (ROSATOM) “Akkuyu” Atom Elektrik Stansiyasının (NGS) xərclərinin tamamlanması üçün Türkiyəyə pul köçürməyə başlayıb.

“Bloomberg” xəbər saytının yaydığı məlumata əsasən, Rusiya dövlətinə məxsus şirkət Türkiyənin Aralıq dənizi sahilində 20 milyard dollar dəyərində AES-in tikintisi üçün törəmə şirkət vasitəsilə Türkiyəni maliyyələşdirir. Layihə çərçivəsində ilk olaraq Rusiyadan Türkiyəyə 5 milyard dollar vəsait köçürülüb. İnvestisiya üçün ayrılan məbləğin qalan hissəsinin isə gələn həftənin sonuna kimi “Akkuyu Atom AŞ”-nin Türkiyədəki bank hesabına köçürüləcəyi gözlənilir.

“ROSATOM”dan verilən açıqlamaya görə, hazıda köçürülən məbləğ Türkiyə rəsmilərinin verdiyi rəqəmdən olduqça aşağıdır. Agentlik eyni zamanda layihənin maliyyələşdirmə mexanizmlərinin konfidensial olaraq saxlanıldığını bildirərək, razılaşmanın təfərrüatları barədə məlumat verməkdən imtina edib. Eləcə də Türkiyənin “Akkuyu Atom AŞ”-nin səlahiyyətli şəxsləri və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi şərh verməkdən imtina edib.

“Akkuyu-1” kimi tanınan ilk reaktor üzərində işlər 2018-ci ildə başlayıb və iki il sonra mühəndislər “Akkuyu-2” üzərində işə başlayıb.

2010-cu ildə Rusiya ilə Türkiyə arasında imzalanan əməkdaşlıq müqaviləsi ilə başlayan tikinti prosesində dörd enerji bloku və ümumi gücü 4800 MVt olan atom elektrik stansiyasının qurulması planlaşdırılır. Elektrik stansiyasının birinci blokunun Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. 2026-cı ilə qədər isə tikintinin tamamilə başa çatdırılması nəzərdə tutulub.

Putindən Ərdoğana jest

Türkiyənin maliyyə naziri Nurəddin Nəbatinin rusiyalı həmkarları ilə apardığı danışıqlar nəticəsində “Akkuyu AES” ölkədəki ən böyük investisiyalardan biri hesab olunur. Rəsmilərdən birinin verdiyi məlumatlara əsasən, Putin taxıl dəhlizində vasitəçi roluna görə Ərdoğana jest etmək üçün prosesdə iştirak edib.

Layihədə “ROSATOM”un payı 99 faiz, layihənin ümumi dəyəri isə 20 milyard dollardır. Elektrik stansiyasının 2023-cü ildə istifadəyə verilməsi və layihənin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Elektrik stansiyası tam işə düşəndə Türkiyənin daxili tələbatının 10 faizini ödəyəcək. Stansiya enerji tələbatını ödəmək baxımından Türkiyə üçün kritik sayılır.

“ROSATOM”-un bu addımı həm də Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı sanksiyaların “Akkuyu” layihəsində gecikmələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları aradan qaldırır.

Layihə Rusiyanın ən böyük kredit təşkilatı, ABŞAvropa Birliyinin sanksiyaları altında olan “PJSC Sberbank” və sanksiyalar altında olan “Sovcombank”-dan maliyyə alıb.

Türkiyədəki layihənin yeganə sahibi olan “ROSATOM” və obyekti inşa edən onun törəmə şirkətinə qarşı heç bir sanksiya tətbiq edilməyib.

Gözdən qaçırmayın:  Ordu ilə bağlı yazanlara xəbərdarlıq: “Prokurorluq senzor rolunu oynayır”

ƏrdoğanPutin görüşəcək

Rusiya ilə Türkiyə arasında bir müddət davam edən milli valyuta ilə ticarət danışıqlarından və bu layihə üçün pul köçürmələrinin başa çatmasından sonra, ƏrdoğanPutin avqustun 5-də Soçidə görüşəcək.

Keçmiş Sovet İttifaqı tərəfindən 1970-ci illərdə neft emalı zavodundan əlavə, rus mühəndisləri Türkiyənin sənaye mərkəzinin digər sütunlarını, o cümlədən alüminium zavodunu, tekstil və şüşə istehsalını inkişaf etdiriblər.

Rusiya Türkiyənin ən vacib enerji təchizatı mənbəyi olmağa davam edir. Keçən il o, Türkiyənin xam neft idxalının dörddə birini və təbii qaz ehtiyatının təxminən 45%-ni təmin edib.

Türkiyənin mərkəzi bankı cümə axşamı açıqlama yayıb ki, iki ölkə hazırda Türkiyəyə Rusiyadan enerji alışlarının bir hissəsini və ya hamısını lirə ilə ödəməyə imkan verən mexanizm üzərində işləyir.

Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvü kimi Qərbin əksər sanksiyalarında iştirak etməkdən yayınaraq Ukraynaya dəstəyini açıq şəkildə bəyan edib. Ərdoğanın kürəkəninin rəhbərlik etdiyi şirkət Ukrayna hərbçilərinə dəstək üçün onlarla silahlı pilotsuz uçuş aparatı tədarük edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button