2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya neftinin Avropaya ixracı 90 fazi azalıb

Litva, Fransa və Almaniya kimi ölkələr Rusiya neftinin idxalını bir neçə ay bundan əvvəl dayandırıblar. Sentyabrda bu ölkələrə Polşa da qoşulub

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya neftinə qoyulmuş sanksiyaların qüvvəyə minməsinə iki həftə qalmış onun şimali Avropa ölkələrinə ixracı fevral ayı ilə müqayisədə 90 faiz azalaraq günə 1 milyon barreldən 95 min barrelə düşüb.

Bloomberg agentliyinin xəbərinə görə Avropa istiqamətində Aralıq və Qara dənizlər istiqamətini çıxmaqla hazırda yalnız Rotterdam portu Rusiya neftini qəbul edir.

Litva, Fransa və Almaniya kimi ölkələr Rusiya neftinin idxalını bir neçə ay bundan əvvəl dayandırıblar. Sentyabrda bu ölkələrə Polşa da qoşulub.

Hazırda Baltik dənizi portlarında yüklənən neftin dörddə üçü Asiya istiqamətində göndərilir.

Hindistan Rusiya neftini güzəşt müddəti ilə bağlı vəziyyətdən fürsətlənərək alır.

Bundan əvvəl ABŞ və Britaniya bildirmişdilər ki, dekabrın 5-dək tankerlərə doldurulan neftə sanksiyalar tətbiq edilməyəcək. Amma bu yük ünvanına 19 yanvardan gec olmayaraq çatdırılmalıdır.

Çin, Türkiyə və Hindistana ixrac rekord həddə çatıb

Bloomberg agentliyinin hesablamasına görə Rusiyadan ümumi neft ixracı gündə 2.57 milyon barrelə düşüb.

Bu da qeyd olunur ki, Rusiyanın neft gəlirləri yanvarın əvvəllərindən bəri ən aşağı həddinə enib.

Eyni zamanda Çin, Hindistan və Türkiyəyə Rusiya neftinin ixracı rekord həddə – günə 2.45 milyon barrelə çatıb.

Oktyabr ayında Rusiya Hindistanın ən böyük neft təchizatçısına çevrilib. Rusiyanın bu ölkəyə ixracı günə 1 milyon barrelə yüksəlib.

Reuters agentliyi noyabrın əvvəllərində xəbər vermişdi ki, Hindistanın neftayırma zavodları hələki Rusiya neftinin idxalı üçün sifariş verməyiblər.

Zavodlar Rusiya neftinə qoyulacaq qiymət məhdudiyyətinin mexanizminə “aydınlıq gətirilməsini” gözləyirlər.

Dekabrın 5-dən sonra

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 8-ci paketinə görə dekabrın 5-də Rusiyadan dənizlə Avropa İttifaqına, ABŞ, Kanada və Yaponiyaya daşınan neftə qoyulmuş embarqo qüvvəyə minəcək.

Sanksiyalara uyğun olaraq habelə Rusiya neftinin qiyməti müəyyən edilmiş həddən yuxarı olarsa, bu yükün başqa ölkələrin portlarında boşaldılması və ya sığorta edilməsi mümkün olmayacaq.

Rusiya neftinə yuxarı qiymət həddi hələ müəyyənləşdirilməyib, amma bəzi məlumatlara görə onun 1 barrel üçün 63-64 dollar civarında olacağı gözlənilir.

Bu mexanizmdən məqsəd Ukraynaya qarşı əsassız və səbəbsiz müharibə aparan Rusiyanın neft gəlirlərinin azaldılmasıdır.

Kreml artıq bəyan edib ki, ona sərfəli olmayan qiymətlərlə neft satmayacaq və lazım gələrsə, hasilatı azaldacaq.

24 saat” “
Rusiya neftinin Avropaya ixracı 90 fazi azalıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button