2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya nümayəndəsi BMT TŞ-ni silkələdi: Hamınız qorxdunuz…

ABŞ-ın Suriya hakimiyyətinə aqressiyası yalnız terrorizmi gücləndirməyə xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın MBT-dəki nümayəndəsi Vladimir Safronkov deyib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ABŞ-ın Suriyanın Xüms şəhəri yaxınlığında yerləşən Şayrat aviabazasına zərbə endirməsi ilə bağlı keçirilən fövqəladə toplantısındakı çıxışında Safronkov vurğulayıb ki, bu addım problemin siyasi həll imkanlarını məhdudlaşdırır.

“Astana və Cenevrə danışıqlarında nəzərəçarpacaq irəliləyişlər əldə edilmişdi. Siz bu irəliləyişləri sarsıdarkən hansı məqsədi hədəfləmişdiniz?” – ABŞ-dan olan həmkarına müraciətində Safronkov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Moskva dəfələrlə Vaşinqtona Suriya ilə bağlı xəbərdarlıq edib, amma ABŞ başqa yol seçib.

Həmçinin Safronkov BMT-nin Suriyada kimyəvi silahın qadağan edilməsi ilə bağlı işini də tənqid edib. Onun sözlərinə görə, BMT missiyası vicdanla işləmir: “Müxalifətin mövqeyinə, sosial şəbəkəyə, internet materiallarına, şübhəli reputasiyaya malik qeyri-rəsmi qurumların açıqlamasına görə nəticə çıxarmaq olmaz”.

“Qərb hətta müstəqil, tərəfsiz komponentlərdən ibarət strukturun araşdırması ilə də maraqlanmadı ki, əsl həqiqətdə nə baş verib” deyən Safronkov ittihamını bu cür davam etdirib: “Açqı desək – siz ondan qorxdunuz. Birdən tərəfsiz araşdırma strukturu sizin Suriya rejiminizə qarşı mövqeyinizə uyğun olmayan nəticə ortaya qoyardı”.

Diplomat ABŞ-la bərabər, onun bir çox müttəfiqlərinin də Bəşər Əsədə qarşı mövqeyini sərt tənqid edib.

Qeyd edək ki, Bəşər Əsədin İdlibə kimyəvi bomba atmasına cavab olaraq bu gecə Prezident Donald Trampın əmri ilə ABŞ ordusu Rusiya rejim qüvvələrinə məxsus Şayrat hərbi aeroportuna aviazərbə endirib. Suriya rəsmilərinin məlumatına görə, nəticədə 10 hərbçi həlak olub.

ABŞ isə Suriyanın bazada olan bütün hərbi təyyarələrinin məhv edildiyini açıqlayıb.

Suriya kimyəvi silahdan istifadə etmədiyini bildirib. Rusiya isə Bəşər Əsədi ittiham etməzdən öncə dəqiq araşdırma aparılmasında maraqlı olduğunu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button