Loading...
Loading...
ÖLKƏDünya

Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

Ekspertlər Moskvanın yaşayış məskənlərinə daxil olmazdan həmin əraziləri ağır atəşə tutması haqda xəbərdarlıq edirlər

Rusiya qüvvələri Ukraynanın yaşayış məskənlərini bombardman etməkdədir, hərbi-desant qüvvələri Ukraynanın ikinci böyük şəhəri Xarkova eniblər.

Martın 2-də Rusiyanın Ukraynaya qarşı müharibəsi yeddinci günə girib, hələlik, Ukraynanın heç bir böyük şəhəri tutulmayıb.

Ekspertlər Moskvanın yaşayış məskənlərinə daxil olmazdan həmin əraziləri ağır atəşə tutması haqda xəbərdarlıq edirlər. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya qüvvələrinin həyata keçirdiyi mümkün hərbi cinayətləri araşdırmaq planlarını açıqlayıb.

Xarkov

Ölkənin şimal-şərqindəki Xarkov ən ağır bombardmana məruz qalıb, son günlər raket zərbələrində onlarla sakin öldürülüb.

Region qubernatoru Oleq Singubov martın 2-də bildirib ki, son 24 saat ərzində azı 21 nəfər öldürülüb, azı 112 nəfər yaralanıb.

Xarkovdan gələn xəbərlərə görə, martın 2-də Rusiya desantçıları şəhərə daxil olub, Rusiya qüvvələri hərbi tibbi mərkəzə hücum edib. Ukraynanın UNIAN xəbər agentliyi Ukrayna qüvvələrinin Rusiyanın altı tankını ələ keçirdiyini xəbər verir.

24 saat” “
Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button