2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Ukraynanın şərqinə nəhəng resurslar çıxarır

“Rusiya ordusu əlində qalan bütün qüvvəsini hücuma yönəldib”

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Ukraynanın şərqində tammiqyaslı hücuma qüvvələr və avadanlıq yönəltməkdədir, iki şəhərdə Ukrayna əsgərlərini mühasirəyə almağa çalışır. Kiyev taleyini müəyyənləşdirə biləcək ölüm-dirim savaşına getməsi haqda xəbərdarlıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda vəziyyətin “həddən artıq çətin” olduğunu deyib.

“Rusiya ordusu əlində qalan bütün qüvvəsini hücuma yönəldib”, – Zelenski mayın 24-də axşam çıxışında söyləyib.

Rusiya qüvvələri Donbasda Ukraynanın nəzarətində olan hissəni şərqdən mühasirəyə almaq üçün üç istiqamətdə irəliləyir, əsas diqqət Siverski Donets çayının şərq və qərb sahillərində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə yönəldilib.

Azı 14 dinc sakin öldürülüb

Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 25-də deyib ki, ötən gecə Severodonetskin atəşə tutulması nəticəsində altı dinc sakin öldürülüb.

Ukrayna ordusu mayın 24-də Donbasda Rusiyanın doqquz hücumunu səf etdiyini, regiona Rusiyanın hücumları nəticəsində azı 14 dinc sakinin öldürüldüyünü bildirib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik mayın 24-də deyib ki, ölkənin şərqində gedən döyüşlər onun gələcəyini müəyyənləşdirə bilər.

“Rusiyanın ölkəmizə qarşı tammiqyaslı təcavüzünün ən aktiv mərhələsini müşahidə edirik. Şərq cəbhəsində vəziyyət həddən artıq çətindir, çünki orada ölkənin taleyi həll olunur”, – Motuzyanik telebrifinqdə deyib.

Buğda qıtlığı

Britaniya kəşfiyyatı isə xəbərdarlıq edib ki, Ukraynanın Odessa limanını Rusiyanın blokadaya alması buğda ixracında qıtlığa səbəb olub, bunu quru yoluyla kompensasiya etmək mümkün deyil.

Britaniya Müdafiə Nazirliyinin mayın 25-də yaydığı gündəlik məlumata görə, Rusiyanın dəniz blokadası Ukrayna limanlarına kommersiya gəmilərinin girişini kəsdiyi müddətdə “təchizatın kəsilməsi bir çox əsas istehlak məhsullarını bahalandırmaqda davam edəcək”.

Rusiyanın fevralın sonunda Ukraynaya qarşı başlatdığı müharibə və bundan sonra Qərbin qoyduğu sanksiyaları buğdanı, bitki yağını, gübrəni, enerjini bahalandırıb.

Ukrayna və Rusiya birlikdə qlobal buğda təchizatının üçdə birini təşkil edir.

Mariupol limanı təmizlənir

Rusiya rəsmilərinin məlumatına görə, Mariupol yaxınlığında dəniz minalardan təmizlənib, mayın 25-də Ukraynanın cənub sahilindən 70-dək xarici gəminin çıxması üçün təhlükəsiz dəhliz açılacaq.

Bir neçə ay mühasirədə qalmış Mariupolda bir yaşayış binasının dağıntıları altından 200 dağılmış meyit tapılıb. Məlumatı Ukrayna hakimiyyəti mayın 24-də açıqlayıb.

Şəhər merinin müşaviri Petro Andryuşçenko cəsədlərin nə vaxt tapıldığını deməyib. Amma bu, qurban sayına görə müharibədə indiyədək bəlli, ən çox ölümlə nəticələnmiş hücumlardan biri ola bilər.

24 saat” “
Rusiya Ukraynanın şərqinə nəhəng resurslar çıxarır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button