2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya yenə sözündən qaçdı: Mariupoldan çıxan “Azov” əsgərləri dəyişdirilməyəcək

Rusiya Mariupoldan çıxan “Azov” batalyonundan olan “əsirləri” dəyişdirmək niyyətində deyil.

Mayın 16-da Rusiya Müdafiə Nazirliyi Mariupolda mühasirəyə alınmış “Azovstal” zavodundakı ukraynalı hərbçilərin çıxarılmasına dair razılığın əldə edildiyini açıqlayıb. Elə həmin gün axşam saatlarında yaralı ukraynalı döyüşçülərin avtobuslarla rus qoşunlarının nəzarətində olan əraziyə aparılmasına başlanılıb.

Ukrayna tərəfi bunu “Mariupol müdafiəçilərinin xilas edilməsi üzrə humanitar əməliyyat” adlandırır, ümid edirdi ki, onların vəziyyəti sabitləşdikdən sonra öz döyüşçülərini rus hərbi əsirləri ilə dəyişəcək. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, “Azovstal”ın müdafiəçilərini xilas etmək üçün hazırkı şəraitdə başqa çıxış yolu yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya mətbuatında isə bu proses Mariupol müdafiəçilərinin “kütləvi təslim olması” adlandırılır. Bundan başqa, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verilir ki, Rusiya Ali Məhkəməsi yaxın vaxtlarda Ukraynanın “Azov” batalyonunun terror təşkilatı kimi tanınması ilə bağlı işə baxacaq.

“Ukraynanın hərbiləşdirilmiş millətçi “Azov” birliyinin (digər adlar: “Azov” batalyonu, “Azov” alayı) terror təşkilatı kimi tanınması və onun Rusiya Federasiyası ərazisində fəaliyyətinə qadağa qoyulması ilə bağlı inzibati iş başlanıb. Məhkəmə mayın 26-da Rusiya Federasiyası Ali Məhkəməsinin binasında keçiriləcək”, – Rusiya Ədliyyə Nazirliyi bildirir.

Rusiya nəşrləri daha sonra yazır ki, guya Dövlət Duması tezliklə “nasist cinayətkarlarının mübadiləsini qadağan edən qətnamə layihəsinə” baxacaq”.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclasda deyib ki, “nasist cinayətkarlar dəyişdirilməməlidir və Rusiya onların məsuliyyətə cəlb olunması üçün hər şeyi edir”. O, Dumanın Müdafiə komitəsinə “Azov” batalyonundan olan əsirlərin dəyişdirilməsinin qadağan edilməsini əks etdirən qətnamə hazırlamağı tapşırıb.

Xatırladaq ki, dünən Dövlət Dumasında Rusiya ərazisində ölüm hökmünün bərpa edilməsi ilə bağlı təklif səslənib…

24 saat” “Rusiya yenə sözündən qaçdı: Mariupoldan çıxan “Azov” əsgərləri dəyişdirilməyəcək” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button