2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyada iqtisadi geriləmə davam edir

Rusiya iqtisadiyyatı 2016-cı ilin mart ayında keçən ilin analoji dövrü ilə müqayisədə 1,8% azalıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Rusiya iqtisadiyyatı 2016-cı ilin yanvar ayında 2,6% azalıb, fevral ayında isə dəyişiklik qeydə alınmayıb. Qeyd edək ki, iqtisadçılar martda ÜDM-in 1,9% azalacağını proqnozlaşdırmışdılar. Ümumilikdə isə Rusiya ÜDM-i 2016-cı ilin ilk rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 1,4% azalıb.

Beynəlxalq maliyyə qurumları bir qədər əvvəl Rusiya iqtisadiyyatı ilə bağlı 2016-cı il üçün proqnozlarını açıqlayıblar. Belə ki, Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 1,9%, Beynəlxalq Valyuta Fondu isə 1,8% azalacağını düşünür. Yanvar hesabatlarında isə bu proqnozlar müvafiq olaraq -0,7% və -1% olub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Rusiya Bankı (Mərkəzi Bank) neft qiymətlərinin 30 dollar/barelə yaxınlaşacağı təqdirdə iqtisadiyyatın 2016-cı ildə 1,3-1,5% azalacağını proqnozlaşdırır. Ötən il isə Rusiya iqtisadiyyatı 3,7% azalıb. İqtisadi artımın 2017-ci ildən etibarən başlayacağı ehtimal olunur.

(report)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button